19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Blajevski: "Hamı narazıdı"

“Xəzər Lənkəran” klubunun makedoniyalı legioneri Deyan Blajevskinin müsahibəsi

- Komandanızın Azərbaycan Premyer Liqasının VI turunda “Araz-Naxçıvan” üzərində 2:0 hesabı ilə qələbə qazandığı oyunda da meydana çıxmadınız. Ardıcıl üçüncü turdu ehtiyatda qalmağınızın səbəbi nədi?

- Səbəbini bilmirəm. Bütün qarşılaşmalara ciddi hazırlaşıram və özümü hazır sayıram. Amma hər şey baş məşqçidən asılıdı. Nə etmək olar? Daha yaxşı hazırlaşıb, vaxtımı gözləməliyəm.

- Cari mövsümün ilk 3 turunun oyunlarında start heyətində yer almışdınız. İndi isə komandanızın çıxışını kənardan izləyirsiniz. Bəlkə baş məşqçi Oğuz Çətin hazırlığınızdan narazıdı?

- Düzdü, çempionatın startından sonra ardıcı 3 görüşdə meydana çıxdım. Sonra hər şey dəyişdi, ehtiyatda qaldım. Düzü, bunun səbəbi mənə də qaranlıqdı və heç baş məşqçidən də soruşmamışam. Hər halda, çalışdırıcı daha yaxşı bilir. Yəqin ki, məsləhət bildiyi vaxtda məni də meydana buraxacaq.

- Çətinlə münasibətlərinizdə hansısa soyuqluq yaranmayıb?

- Xeyr. Mənim nəinki baş məşqçi, ümumiyyətlə, komandada heç kimlə problem yaşamamışam.

 - Kənardan baxanda, “Araz-Naxçıvan”la oyun sizdə hansı təəssürat yaratdı?

- Bizim üçün çox önəmli görüş idi. Mütləq qələbə qazanmalı idik. Komandamız yaxşı oyun göstərib, vacib 3 xal qazandı. “Araz-Naxçıvan” da pis komanda deyil. Sadəcə, “Xəzər Lənkəran” həmin gün qələbəyə layiq idi.

- Komandanızın çıxışını necə dəyərləndirirsiz?

- Heç də yaxşı çıxış etməmişik. Nəticələrimiz iddiamıza, adımıza görə deyil. Çempionata başlayanda ən iddialı komandalardan biri sayılırdıq. Amma indi cəmi 7 xalımız var və 6-cı pillədəyik. Təbii ki, hamı  - rəhbərlik, məşqçilər korpusu, azarkeşlər və futbolçular  - bu nəticələrdən narazıdı. Amma zaman getdikcə daha yaxşı olacaq. Bizim çox yaxşı komandamız var və öz gücümüzə inanıram. İtirdiyimiz xalları bərpa edəcəyik.

- Çempionluğa iddialı klubun 6 turda 3 məğlubiyyət almasına nə ad vermək olar?

- Bayaq dediyim kimi, yaxşı nəticə deyil. Sadəcə, göstərdiyimiz oyun nəticələrin uzaqda olmadığından xəbər verir. Bəzi çatışmazlıqları aradan qaldırdıqdan sonra hər kəs gücümüzü görəcək. Uduzduğumuz görüşlərə də baxsanız görəcəksiniz ki, “Xəzər Lənkəran” rəqibindən yaxşı oynayıb.

- Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə “Qəbələ” ilə qarşılaşacaqsınız...

- “Qəbələ”nin güclü komanda olduğunu hamı bilir. Onlarla oyunlarımız həmişə maraqlı keçib. Bu dəfə də azarkeşlərə zövq verəcək bir qarşılaşma olacağını düşünürəm. Fikrimcə, biz həmin oyunda qələbə qazanacağıq.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30