19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Karlos Kardoso: “Böyükağa Hacıyev “Neftçi”də tarix yazıb” (Müsahibə)

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ”yə qarşı baş tutan oyunu necə şərh edərdin?

- Çox yaxşı nəticə oldu. “Qəbələ” güclü komandadır. Onlar da çempionluq uğrunda mübarizə aparırlar. Odur ki, səfərdə 1 xal qazanmağı uğur saymaq olar.  

- Hər halda, qələbə qazana bilmədiniz...

- Düzdür, qələbə qazanmadıq. Amma qapımızı toxunulmaz saxladıq. Komandam qol buraxmayıbsa, müdafiəçi kimi bunu yaxşı nəticə hesab edirəm.

- Səndən əvvəl danışdığım komanda yoldaşların  “bir xal qazanmadıq, 2 xal itirdik” dedilər. Sən də onlar kimi düşünürsən?

- Hər kəsin fikrinə hörmət etmək lazımdı. Məncə, çox yaxşı oyun göstərdik. Komandamızda məşqçi dəyişikliyi oldu. Hazırda da yüksəlişdəyik. Son 2 oyunda yaxşı nəticə qazandıq. Belə də davam etsək, istədiyimizə nail olacağıq.

- Böyükağa Hacıyevin gedişi, Arif Əsədovun gəlişi “Neftçi”də nəyi dəyişdi?

- Böyükağa Hacıyev “Neftçi”də tarix yazıb. Ona çox böyük hörmətimiz var. O ki qaldı indiki məqama, hazırda “Neftçi” fiziki cəhətdən daha güclüdür.  

- Qarşıdan “Qarabağ”la oyun gəlir...

- Çox çətin və vacib oyun olacaq. İlk növbədə həftə ərzində bu oyuna ciddi şəkildə hazırlaşmalıyıq. Daha sonra isə yaxşı oyun sərgiləyib, uğur qazanmalıyıq.

- “Qarabağ”ın lideri həmyerlin Reynaldodur. Onun qarşısını almaq üçün xüsusi planın var?

- Mən Reynaldoya yox, “Qarabağ”a qarşı hazırlaşıram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30