24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Valter Madzarri: “Qarabağ”la oyunumuz ölüm-dirim mübarizəsi olacaq”

“Komandam “Palermo”ya qarşı oyunda bacardığı hər şeyi etdi. Sadəcə, adi bir səhvdən qol buraxdıq. İndi qarşıdakı çempionat və Avroliqa matçına hazırlaşmalıyıq”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Madzarri deyib.

Avroliqanın qrup mərhələsinə “Qarabağ”ın rəqibi olan Milan təmsilçisinin çalışdırıcısı oyunlarını sıx qrafikdə keçirdiklərini bildirib: “Biz çox sıx qrafikdə oynayırıq. Ardıcıl olaraq “Atalanta”, “Kalyari” və “Qarabağ”la üz-üzə gələcəyik. Bu qarşılaşmaların hər biri bizim üçün çətin və vacibdi. Qələbə üçün bütün gücümüzdən istifadə edəcəyik. Qarşıdakı hər 3 oyunumuz ölüm-dirim mübarizəsi olacaq. Avroliqada da uğur qazanmaq istəyirik. Çempionatda vəziyyətimiz heç də ürəkaçan deyil. “Palermo” ilə görüşdə Nemanya Vidiçin səhvindən qol buraxdıq. Amma Vidiç yaxşı futbolçudu və inanıram ki, bu səhvini unutduracaq. Əsas odu ki, bizim yaxşı komandamız var”.

Xatırladaq ki, “İnter” - “Qarabağ” matçı oktyabrın 2-də Milan şəhərindəki “San Siro” stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30