25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elnur Allahverdiyev: “1 xal qazanmadıq, əksinə 2 xal itirdik”

“Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyev “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə “Qəbələ” ilə oyun haqda fikirlərini bildirərdin.  

- Yaxşı oyun alındı. Sürətli qarşılaşma idi. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Bunun üçün əlimizdən gələni də etdik. Amma yekunda heç-heçə alındı. Hesab edirəm ki, biz bu oyunda 1 xal qazanmadıq, əksinə 2 xal itirdik.

- “Neftçi”yə qayıdandan sonra ilk dəfə meydana çıxdın. Öz oyunun barədə nə deyə bilərsən?

- Məncə, pis alınmadı. Yəqin ki, kənardan bu daha yaxşı görünər. Komandama fayda vermək üçün əlimdən gələni etdim. Amma zədə sona kimi oynamağıma imkan vermədi.

- Yeri gəlmişkən, oyunu vaxtından əvvəl tərk etdin. İndi necədi vəziyyət?

- Şükür, hər şey yaxşıdır. Bir balaca ağrılar oldu. Ona görə risq etməmək qərarına gəldim və meydandan çıxdım. Qorxdum ki problem ciddi olar.

- Yəni, növbəti turda meydana çıxa biləcəksən?

- Hə, inşallah çıxacağam. Təbii ki, baş məşqçi şans versə (gülür).

- “Qəbələ” azarkeşləri səni fitə basırdılar. Bu məqam istədiyin oyunu sərgilməyə mane olmadı ki?

- Bura mənim üçün doğma məkandı. Oyunda da özümü qətiyyən yad hiss etmirdim. Çox rahat idim, sanki 5 ildi bu meydanda oynayıram. Azarkeşlərin narazılığına isə qətiyyən fikir vermədim. Oyunuma da hər hansı təsirdən söhbət gedə bilməz.

- Yeri gəlmişkən, elə “Neftçi” azarkeşləri arasında da sənin komandaya gəlişinə qarşı olanlar var...

- Bilirəm, “Neftçi” azarkeşləri arasında da məni sevməyənlər var. Amma artıq 30 yaşım var, bütün bunları görə-görə gəlmişəm. Kimin nə deməsinə qətiyyən fikir vermirəm. Meydanda da sakit olmağa çalışıram. İndi yalnız bir məqsədim var. İnamlı oyun sərgiləyib, “Neftçi”yə fayda vermək. Qalmaqal, problemlər - bütün bunlardan uzaq gəzirəm. Yalnız inamlı oyunum sayəsində bu gün mənə qarşı olan azarkeşlərin sevgisini qazana bilərəm. Öz oyunumla onların fikrini dəyişəcəyəm.

- Gələn turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?

- Təbii ki, çox çətin oyun olacaq. “Qarabağ”ın hansı səviyyədə olduğunu hər birimiz çox yaxşı bilirik. Elə son oyunlarında da bunu gördük. Lakin biz də zəif deyilik. Məqsədimiz yalnız “Qarabağ”ı məğlub etməkdi. Buna nail olmaq üçün çalışacağıq. Bilirəm, bu, heç də asan deyil. Amma biz sona kimi yalnız 3 xal üçün döyüşəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30