25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Foqts: “Bu, Azərbaycan üçün böyük uğurdu”

“Bakının 2020-ci il Avropa çempionatının ev sahiblərindən biri olması Azərbaycan üçün böyük uğurdu”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 Dünən İsveçrənin Cenevrə şəhərində AVRO-2020-ni qəbul edəcək 13 şəhərin müəyyənləşdiyi iclas keçirilib. Qitənin ən nüfuzlu turnirini keçirəcək şəhərlər arasında Bakının da adı seçilib.

Tədbirdən sonra Almaniya mətbuatına danışan Foqts paytaxtımızın bu möhtəşəm yarışı qəbul edəcək şəhərlər arasında olması haqqında fikirlərini bildirib: “Son illərdə Azərbaycan futbolu inkişaf edir. Artıq bir neçə ildir ordayam. Futbola böyük sərmayə yatırılır. İndi artıq qitəmiqyaslı bir turnirin oyunları Bakıda keçiriləcək. Burada AVRO-2020 üçün çox gözəl bir stadion tikilir. Azərbaycanlıları bu münasibətlə təbrik edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30