19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Tsxadadze: “Buraxılan hər qol kürəyimə sancılan ox kimidir”

“Bakı” həmişə təhlükəli komanda olub. Daha əvvəl “Qarabağ”dan xal almaqla da bunu sübuta yetirmişdilər.Odur ki, oyuna çox ciddi hazırlaşmışdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis komandasının son 2 turda fərqli taktika ilə oynadığını bildirib: “Həm əvvəlki oyuna, həm də bu matça 2 hücumçu və 4 hücumçuyla çıxmışdıq. Çox gözəl haldır ki, taktikanı dəyişmək imkanımız var. Bu da futbolçuların bacarığından irəli gəlir. Rəqibləri analiz edirik, nə istəyidimizi bilirik və buna uğyun da taktika qururuq. Həm “Araz Naxçıvan”la oyunda, həm də bugünkü matçda qələbə qazanmalıydıq. Şadam ki, istəyimizə çatdıq. Qələbə qazanmalı olduğumuz üçün meydana daha çox hücumameyilli futbolçu buraxmışdım. Hesabda öndə olsaq da, sona kimi mübarizə aparmaq lazımdı. Çalışırıq ki, qapımızda qol görməyək. Buraxılan hər qol kürəyimə sancılan ox kimidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31