Ölkə futbolu
“Avro-2020-nin oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox tarixi qərardır”
Bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2020-ci il futbol üzrə Avropa çempionatının (Avro-2020) oyunlarının Bakıda keçirilməsinə dair qərar Azərbaycan üçün çox tarixi və önəmlidir. Futbolxeber.az-ın məlumatına görə, bunu Cenevrədən telefonla “Trend”ə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Bu qərarla bağlı Azərbaycanın bütün idmansevərlərini, futbol ailəsinin üzvlərini ürəkdən təbrik edən E.Məmmədov deyib ki, Bakının Avro-2020 oyunları üçün seçilməsi sevindiricidir: "Sözün düzü, biz özümüz buna hələ də tam inana bilmirik ki, Bakını seçdilər. Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının ¼ finalının oyununu qəbul edəcək. Bunu başa düşmək, anlamaq üçün vaxt lazımdır. Bu, həqiqətən Azərbaycan üçün böyük hadisə, müsbət haldır. Sözün düzü, biz işimizi elə qurmuşduq ki, qrup mərhələsinin oyunlarını əldə edək, lakin sənədlərdə qeyd etmişdik ki, ¼ finalın oyunlarını da qəbul etməyə hazırıq. Sənədləri də buna uyğun hazırlamışdıq. Sonda isə Bakı 1/4 final oyunlarının keçiriləcəyi 4 şəhərdən biri oldu".
Onun sözlərinə görə, çempionat dövründə, yəni 30 gün ərzində Bakıda 3 qrup oyunu və bir ¼ final oyunu keçiriləcək: "UEFA qərar verərkən bizim tender sənədlərimizdə son illərdə respublikamızda futbola göstərilən qayğı və diqqətin xüsusi qeyd olunduğunu nəzərə alıb. Qeyd etmək lazımıdır ki, bizim sənədlərdə ən güclü tərəflərimizdən biri o idi ki, hələ ilk mərhələdən bu təşəbbüsə Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi var idi. Ona görə də bu, çox sevindirici haldır ki, bunu nəzərə alaraq UEFA belə bir qərar qəbul edib. Bir daha qeyd edirəm ki, cənab Prezident ilk gündən bu təşəbbüsə dəstək olub və bu amil tender sənədlərində də öz əksini tapıb".
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib.
Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək.
Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
21.06.2026
20.06.2026
19.06.2026























