19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Sent-Etyen”in baş məşqçisi: “Qarabağ” bizdən daha təcrübəlidir”

“Bildiyiniz kimi, ötən il Fransa çempionatında yaxşı çıxış etdik. Ümid edirəm ki, Avroliqada da belə çıxış edərik”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

Sabah “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə Bakıda mətbuat konfransı keçirən Qaltye zədəlilər haqqında da danışıb: “Zədəli oyunçularımızdan birinin topuğundan zədəsi var. Digər futbolçularımızın da ayağında problemlər var. Onları oynatmağa risk etmədiyimdən, bura gətirmədim. Hollandiyalı van Volsfinkel isə ailə səbəbləri üzündən vətənindədir”.

48 yaşlı çalışdırıcı daha sonları bunları qeyd edib: “Biz bu oyunda çox yaxşı hazırlaşmışıq. Komandamız əla vəziyyətdədir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəli, “Qarabağ”ın son oyununu izləmişik. Biz onların bütün avrokubok matçlarına baxmışıq. Deyə bilərəm ki, onların təcrübəsi bizdən çoxdur. Çünki onlar son illər ölkələrində çox titul qazanıb. “Qarabağ” Azərbaycan millisinin əsasını təşkil edir. Orda çoxlu cənubi amerikalı oyunçular var”.

5 ildir ki, Sent-Etyen klubuna məşqçilik edən Qaltye statistika haqqında bunları deyib: “Yox, qorxu termin deyil. Amma bu faktdır ki, “Qarabağ”ın təcrübəsi bizimkindən çoxdur. Biz Avroliqaya çox maraq göstəririk. Qrupdan növbəti mərhələyə çıxmaq istəyirik. Avroliqada heç bir komanda açıq futbol oynamır. Açıq oynayan cəzalanır”.

Qaltye məğlub olacaqları təqdirdə necə olacağına aydınlıq gətirib: “Heç kim uduzanda sevinmir. “Qarabağ”a uduzsaq, təbii ki, pis olacağam. “Qarabağ”ın təcrübəli olması hələ bizim məğlub olmağımız deyil. Biz sabah ağıllı oynamaqla burdan məğlub ayrılmaya bilərik. Mən “Qarabağ”ın son oyunlarını izləmişəm. Onların güclü və zəif cəhətlərini bilirik. Ağdamın işğal olunması haqqında danışmaq istəmirəm. Siyasətə qarışmaq istəməzdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30