Ölkə futbolu
“Biz öz gücümüzə inanırıq”
Son iki turda məğlub olan “Simurq”, artıq növbəti oyunun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin kapitanı İlkin Qırtımov və vitse-kapitanlardan Amil Ağacanov son oyunlar və ümumi çempionat haqqında sualları cavablandırıblar. Hər iki futbolçu Zaqatala təmsilçisinin bu mövsüm nəticə qazanacağına inandıqlarını və azarkeşlərdən sona qədər onları dəstəkləmələrini istəyiblər.
- İlk öncə komandanın mövsümə hazırlıq səviyyəsi haqqında fikirlərinizi bilmək istərdik.
- (İ.Q.) Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələləri keçdi. Fikrimcə, hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdır. Lukas Tresnak hələ tam komandaya uyğunlaşa bilməyib. Tək Draqan Çeranlada çox çətindir. Onu da “çox sağ olsunlar” dörd oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq Draqansız komandaya çox çətindir. “Neftçi” və “Qəbələ” oyunlarıda bunu bir daha göstərdi. Təəssüf ki, məğlub olduq bu görüşlərdə. Ancaq qeyd edim ki, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq.
- (A.A.) Komandanın mövsümə ümumi hazırlığını yüksək dəyərləndirirəm. Sloveniyada və Avstriyada gözəl təlim-məşq toplanışları keçdik, güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirdik. Nəticədə çempionatada pis başlamadıq. İlk iki turda qapımızdan qol keçirmədən qalib gəldik. Ancaq çox təəssüf ki, son iki turda məğlubiyyətə uğradıq. “Neftçi” ilə oyunda hər kəs gördü ki, necə gözəl oyun nümayiş etdirdik. Ancaq idman şansı bizdən yana olmadı. “Qəbələ” məğlubiyyətindən isə hələ də özümüzə gələ bilməmişik. Çünki bu matçda qalib gəlmək üçün borclu idik. Uduzulası oyun deyildi. İnanıram ki, tezliklə bu qarşılaşmanı unudub, qarşıdakı matçlarda son iki turdakı səhvləri buraxmadan xallarımızı toplayacayıq.
- Qarşıda bizi hələ çətin və uzun marafon gözləyir. Sizcə sonda komandanın qarşıya qoyulan məqsədə çatmaq üçün gücü çata biləcək?
- (İ.Q.) İnanıram ki, çatacaq. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacayıq. Biz özümüzə inanırıq. İndi hər kəs “Simurq”un gücünü bilir və görür. Əvvəlki kimi deyil artıq. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.
- (A.A.) Ümumi oyun səviyyəsinə baxanda ötən ilki “Simurq”dan güclüyük. Komandada hər kəs inanır ki, bu il nəticə verəcəyik və verməliyik də. Sonda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacayıq. Son dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdur. Komanda futbolu oynayırıq. Hər kəs öz işin bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik.
- Hazırda Premyer Liqada çıxış edən rəqiblərinizi necə dəyərləndirirsiniz?
- (A.A.) Ümumən baxdıqda çempionatda zəif rəqib yoxdur. Əgər əvvəl deyirdilər ki, “Araz Naxçıvan”, “Sumqayıt” bu mövsüm autsayderlər olacaq. Ancaq bu gün baxdığımızda, “Sumqayıt” turnir cədvəlinin lideridir. “Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdür “Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qatışdığından bütün güclərini çempionata verə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb öz oynumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq.
- (İ.Q.) 90 dəqiqə oynanılmadan heç bir oyun udulmur. Son oynumuzda bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdur. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və bir şey bilirik ki, hər tur bizim üçün finaldır. Mütləq qalib gəlməliyik.
- Bizi qarşıda “Qarabağ”la çətin səfər oyunu gözləyir. Bu qarşılaşma haqqında nə deyərdiz?
- (İ.Q.) “Qarabağ”ın bu həftə Avroliqada oyunları var. Bu görüşdən üç gün sonra bizlə görüşə çıxacaqlar. Təbii ki, gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq buna arxayın olmalı deyilk. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacayıq.
- (A.A.) Bütün rəqiblərimizə eyni səvviyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. Səfərə yalnız qələbə üçün çıxacayıq. Komandada hər kəs bunu yaxşı bilir və bir neçə gündə də yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacayıq.
- Son iki məğlubiyyətdən sonra xüsusən azarkeşlər məşqçilər heyətini və futbolçuları qınamağa başladı. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndirdilər. Bununla bağlı komandanın kapitanının və vitse-kapitanın fikirlərini nədir?
- (İ.Q.) Həmin azarkeşlər arasında olan ağsaqqallar yəqin “Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər gələnə-gedənə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis. Bu futboldur. Kim istəyər ki, uduzsun. Hər oyunda bizi dəstəkələməyə yaşlısı, cavanı, uşağı gəlir. Hətta əlil arabasında belə gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk eləsin. Özləri də oyun vaxtdı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də, pul qazanmır. Qazandığımızdanda həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də, bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə o, bu barədə fikir səsləndir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.
- (A.A.) Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. “Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zamanda istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçuda insandır. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirsin.
simurqpfk.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Qurbanovdan nümunəvi addım
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək