25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Bu addım gənc futbolçuları həvəsləndirir, sabaha ümidləndirir"

 

Topaz Premyer Liqasının XXVIII turu “Qəbələ” Futbol Klubu üçün bir sıra maraqlı məqamlarla yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ”la ev oyununda meydançaya 4 gənc futbolçu - Sadiq Quliyev, Kamal Mirzəyev, Tərzin Cahangirov və Ürfan Abbasovla  çıxan “qırmızı-qaralar” komandanın gələcəyi və gənc futbolçuların inkişafı baxımından mühüm addım atdı. Matç Sadiq Quliyev və Kamal Mirzəyevin debütü ilə yaddaqalan oldu. Oyundan sonra gabalalafc.az-a açıqlama verən debutantlar hisslərini bizlərlə bölüşdülər.
 
Çıxışını dəyərləndirən 18 yaşlı Sadiq Quliyev meydançaya həyəcansız çıxdığını bildirdi: ”Maraqlı və gərgin oyun alındı. Mənim üçün xüsusilə yaddaqalan matç oldu. Məğlub olmağımız məyusluq yaradır. İstərdim ki ilk oyunumdan qələbə ilə ayrılım. Təəssüf ki, alınmadı. O ki, qaldı fərdi oyunuma fikrimcə normal çıxış etdim. Amma bunu ən yaxşı məşqçi heyəti və izləyicilər dəyərləndirə bilər. Meydançaya həyəcansız çıxmışdım. İlk dəfə idi ki, “Qəbələ” bu sayda gənc futbolçu ilə çıxış edirdi. Bu addım həm əvəzedici heyətdəki, həm də akademiyada yetişməkdə olan futbolçuları həvəsləndirir, sabaha ümidləndirir. Çalışacam mənə bəslənən ümidləri doğruldum, oyunumla əsas komandada möhkəmlənim”.
 
Kamal Mirzəyev ona şans verilməsini gözlədiyini, bu addımın onları stimullaşdırdığını söylədi:
“Mənə şans verilməsini səbirsizliklə gözləyirdim. İlk dəqiqələrdə həyəcanlı idim, amma vaxt irəlilədikcə həyəcanı üstümdən ata bildim. Çıxışım barədə danışmağım düzgün olmazdı. Bu barədə məşqçilər danışsa daha düzgün olar. Amma fikrimcə gənclərin meydançadakı topla davranışları və anlaşmaları normal səviyyədə idi. Ən əsası bizlərə şans verilməsi gənc futbolçuları stimullaşdırır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30