18 Dekabr 2018, Çərşənbə axşamı
"Spartak"ın futbolçusu: "Azərbaycan yığmasında oynasam legioner olacam"
Azərbaycanda ilin legioneri seçildi
ÇL: 1/8 finalın təqvimi açıqlandı
Avroliqa: 1/16 finalın püşkü atıldı

Ölkə futbolu

“Qarabağ”dan xal almağa gedirik”

"Rəqibimizi tanımağa çalışırıq ki, səfərdə necə oynayacağımızı bilək. Biz Bakıya xal almaq üçün gedirik". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Sent Etyen" klubunun futbolçusu Mustafa Bayal Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Seneqallı yarımmüdafiəçi "Qarabağ" haqda heç bir məlumatlarının olmadığını deyib: "Rəqib haqda çox söz deyə bilmərəm. Yalnız bəzi oyunlarının videosuna baxmışıq. Ona görə də səfərdəki matçda çox diqqətli olmalıyıq. Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik. "Qarabağ" güclü azarkeş dəstəyi altında sabit çıxış etdiyini də bilirik".

Xatırladaq ki, "Qarabağ" - "Sent Etyen" oyunu sentyabrın 18-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit