Ölkə futbolu
Futbolu niyə 11 nəfərlə oynayırlar?
Çoxları bəlkə də bu sualın cavabını bilmirlər. Düzü, bir neçə gün əvvələ kimi heç özüm də bundan xəbərsiziydim. Yığmamızın oyununu izləyərkən, tanışlardan birinin verdiyi bu sual qarşılaşmanı arxa plana atdı. Doğrudan, futbolu niyə 11 nəfərlə oynayırlar? Cavab üçün bir qədər tarixə nəzər salaq. 1570-ci ildə Londonun qala divarları yaxınlığında 100-dən artıq sənətkarın futbolabənzər top oyunu oynaması nəticəsində onlarla insan yaralanıb, hətta onlardan bir neçəsi dünyasını dəyişib. Bundan sonra İngiltərə kralı VIII Henrix ölkəsində futbol oynamağı qadağan edib. Kralın verdiyi fərmanda bu oyun qanlı və düşmənçilik yaradan bir idman növü kimi qələmə verilirdi. Tabu 1842-ci ilə kimi davam edib. VIII Henrixin fərmanının ləğvindən 6 il sonra Kembric Universitetinin bir qrup tələbəsi futbolu müasirləşdirmək üçün ilk futbol qaydalarını hazırlayıblar. Maraqlıdır ki, həmin qaydalara əsasən rəqibi ayaqla vurmaq, badalaq atmaq, əllə saxlamaq olardı. Amma müəyyən həddə. Müasir futboldakına bənzər ilk qaydalar 1863-cü ildə qəbul edilib. İlk futbol federasiyasının yaradılması da məhz həmin ilə təsadüf edir. Mövzudan çox yayınmayım, həmin Kembric Universitetinin tələbələri futbolu otaq-otağa oynayıblar. Hər otaqda isə 11 tələbə qalırmış...
Amma bu haqda başqa rəvayət də var. XIX əsrdə kriket komandasının üzvləri qışda formalarını saxlamaq üçün futbol oynayırmışlar. Kriketdə bir komandada 11 oyunçunun olduğu məlumdur. Futbolda da bir komandada 11 nəfərin olması kriketdən qalma hesab oluna bilər.
Bunu niyə yazdım? Bir qədər səbir eləsəniz və yazını sona kimi oxusanız, səbəbini biləcəksiniz. Bu həftə millimiz, üzr istəyirəm, yığmamız bolqarlara məğlub oldu. Qələbəyə ümid etsək də son yoxlama oyunları komandamızın qalib gələ bilməyəcəyindən xəbər verirdi. Komandamız niyə uduzdu? Səbəblər nə idi? Qrupda 3-cü yeri tuta biləcəyikmi? Bu suallar cavab axtarmaq yox, başqa məqama diqqət yetirmək istəyirəm. Bildiyiniz kimi, üzümüzə gələn həftə Avro-2020-ni təşkil edəcək 13 şəhərin adı məlum olacaq. Namizədlər arasında Bakının da adı var. Avro-2016-nın final mərhələsinə düşmək inandırıcı deyil. Bəs, necə eləmək olar ki, heç olmasa, 4 il sonra keçiriləcək qitə birinciliyində iştirak edək. Axı, komandaların sayının 24 olması bizə əlavə fürsət verir. Məsələ burasındadır ki, bu gedişlə nəinki Avro-2020-yə, heç, bir həmkarımın feysbuk-da paylaşdığı statusda göstərdiyi kimi Avro –2056-ya da ümid eləmək olmaz. Əsas komanda ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandalarımızda da gəlmə futbolçularla rastlaşırıq. Deməli, Azərbaycanda futbolçu qıtlığı var. Adi bir məqama diqqət yetirək. Bu gün ölkəmizdə səviyyəli hücumçuya rast gəlmək mümkün deyil. Doğrudur, istedadlı hücumçularımız var. Amma Azərbaycan səviyyəsində. Onlarla hara kimi gedəcəyik? Bu iradı digər xətlərə də şamil etmək lazımdır. Futbolçularımız dünya səviyyəsinə çatmağı ancaq arzulaya bilərlər. O cümlədən biz də. Deməli, vəziyyəti düzəltmək üçün 2 çıxış yolu var. Birincisi, Azərbaycanda futbola baxışı, strukturu, bir sözlə futbolla bağlı olan hər şeyi kökündən yeniləmək, dəyişmək lazımdır. Bu, çox vaxt aparan və o qədər ağlabatan olmadığından ümidimizi əcnəbi futbolçulara bağlamalıyıq. Qısa müddətdə nəticə qazanmaq üçün Reynaldo, Almeyda kimi futbolçuları milliləşdirməyə ehtiyac var. Bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun Reynaldo ilə görüşməsi və braziliyalının yığmamızda oynamağa razı olduğu hamıya məlumdur. Qalır, FİFA-nın cavabı. Əgər, FİFA-ya ünvanlanan müraciət müsbət cavablansa, onda tezliklə hücum xəttindəki problemi həll edə bilərik. Bəs, başqa xətlərin aqibəti necə olacaq? Deməli, həmin yerlərə də milliləşdirilmiş futbolçu lazımdı. Qısası, indiki vəziyyətdə nəticə qazanmaq üçün gəlmələrsiz mümkün olmayacaq. Yadıma son Olimpiya Oyunlarında iştirak etmək üçün bu üsuldan istifadə edən otüstü hokkey komandamız düşdü. Meydanda top qovan qızların hamısı Cənubi Koreyadan gətirilən hokkeyçilər idi. Hamısı da milliləşdirilmişdi və çox gülməli mənzərə yaranmışdı. İnanmırsız? Heç indiyə kimi Myonq Son Məmmədova adlı azəri qızına rast gəlmişdiniz? Yeri gəlmişkən, həmin komanda Olimpiya Oyunlarına lisenziya qazana bilmədi və məmmədovalar öz ölkələrinə qayıtdılar. Nəticə qazanmaq üçün milliləşdirilmiş futbolçular yığmanı qrupda heç olmasa 3-cü etməsələr, onların hamısından imtina ediləcək. Kimə ziyan dəyəcək? Gəlmələr pullarını qazanıb əlləri ciblərində ölkələrinə gedəcəklər. İtirən isə biz olacağıq. Nazarovların, budakların yerinə indi gənclərimizə şans versək, gələcəkdə nəyəsə ümid eləmək olar. Cəhd eləyək, bəlkə alındı?
Yadıma düşmüşkən, təxminən 15-16 il əvvəl Azərbaycan çempionatında Reynaldo kimi bir futbolçu oynayırdı. Badri Kvaratsxeliyanı nəzərdə tuturam. Eynən indiki vəziyyət idi. Badri səviyyəli hücumçu idi və çempionatın bombardiri də olmuşdu. Onu milliləşdirdik ki, komandamıza kömək eləsin. Nəticəsi nə oldu? 3 oyunda meydana çıxdı, 1 qol belə vura bilmədi. Və ya Fabio Luis Ramimi, Fernando Peresi, Andre Ladaqanı və digərlərini misal gətirə bilərəm. Kim zəmanət verə bilər ki, Reynaldo yığmaya cəlb olunsa, komandamız “qan” eləyəcək? Təkrarçılıq olmasın, lap eləsə də bu futbolla qrupda 3-cü yer nədi, sonuncu yeri tutmamaq üçün mübarizə aparacağıq.
Kembric Universitetinin yataqxanasında 1 otaqda 11 tələbə qalırmış. Kaş ki, otaqlar bir qədər balaca tikilərdi və orada qalan tələbələrin sayı 7-8 nəfər olardı. Futbolu da 7-8 nəfərlə oynayardılar. Ki, yığmamızın nəticə qazanması üçün imkan yaranardı.
Lap yaddan çıxmışdı. Bilirsiniz, futbolu niyə 90 dəqiqə oynayırlar? Həmin Kembric universitetində bir akademiya saatı 90 dəqiqə imiş. 45 dəqiqə başa çatanda 15 dəqiqəlik fasilə olurmuş. Tələbələr də futbolu məhz 1 akademiya saatında oynayırmışlar. Rəhmətliyin uşağı, otaqları balaca tikməyibsiniz, heç olmasa, akademik saatı 60 dəqiqə edərdiniz də. Axı, yığmamızın futbolçuları meydanda bu qədər tab gətirirlər.
İlqar Tağıyev, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək