15 Iyul 2025, Çərşənbə axşamı
“Araz-Naxçıvan” məğlub oldu
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ"dan növbəti transfer
“Sumqayıt” Yankoviçi transfer etdi

Ölkə futbolu

Rahid Əmirquliyev: “Nəticə oyuna görə olmadı”

“Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. Belə də oldu. Amma pis oynamadıq. Xeyli qol epizodu yaratsaq da, onları boşa verdik. Nəticə oyuna görə olmadı”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.

“Neftçi” ilə oyun haqda danışan təcrübəli yarımmüdafiəçi oyunun gedişində Flavinyo ilə mübahisə etməsinə də aydınlıq gətirib: “Penaltini qaçırmağımızın da yenilgidə böyük rolu oldu. Halbuki həmin epizodda fərqlənsəydik, görüşün nəticəsi tam fərqli olacaqdı. “İnter”in ardınca “Neftçi”ni də məğlub etmək istəyirdik. Bunun üçün şansımız da vardı. Amma “vuran ayağ”ın olmaması öz sözünü dedi. Flavinyo ilə mübahisəyə gəldikdə, o, yıxılanda topla məni vurdu. Amma hakimin mənə niyə sarı vərəqə verdiyini anlamadım. Axı, mən Flavinyonu nə söydüm, nə də təhqir etdim”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31