25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rauf Əliyev: “Neftçi” ilə oyunda qol vurmağım vacib deyil” (Müsahibə)

Milli komandamızın və “Xəzər Lənkəran”ın hücumçusu Rauf Əliyev Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə “Neftçi”yə qarşı keçirəcəyiniz oyun haqda fikirlərini öyrənmək istərdim.

- Çox maraqlı oyun olacaq. Rəqib də güclüdür. Buna baxmayaraq, biz meydana yalnız qələbə üçün çıxacağıq. İlk 3 turda istədiyimiz nəticəni qazana bilməsək də, ötən tur qələbə qazandıq. İndi də bunun ardını gətirmək istəyirik.

- Mühüm oyun öncəsi komandada əhval-ruhiyyə necədir?

- Komandada əhval-ruhiyyə yaxşıdı, hər şey yolundadı. Heç bir problemimiz yoxdur. Biz milli komandanın düşərgəsində olduğumuz üçün yalnız 2 gündü klubda məşqlərə qoşulmuşuq. Amma qayıdanda da gördük ki, komanda çox yüksək səviyyədə bu oyuna hazırlaşır.

- Sən də daxil olmaqla, bir neçə futbolçunun millinin düşərgəsində olması, bu oyuna komanda ilə birgə tam hazırlaşa bilməməsi sabahkı matçda “Xəzər Lənkəran”ın çıxışına mənfi təsir edə bilər?

- İnanmıram ki, nəsə təsiri olsun. Mən də, millidən qayıdan digər komanda yoldaşlarım da meydanda var gücümüzü qoyacağıq. Hər birimizin məqsədi “Neftçi” üzərində qələbə qazanmaqdı.

- Bu, həm də sənin ilk “Böyük oyun”un olacaq...

- Hə, ilk “Böyük oyun”umdu. Bu səbəbdən qarşılaşma mənim üçün də çox maraqlıdır. İstərdim ki, bu oyunda qələbə qazanıb, azarkeşlərimizi sevindirək.

- “Neftçi” ilə oyunun “Xəzər Lənkəran” üçün nə demək olduğunu bilirik. Düşünürsən ki, bu oyunda vuracağın qol səni “Xəzər Lənkəran” azarkeşlərinin gözündə daha da ucaldacaq?

- Bu barədə düşünmürəm. Çünki mənim “Neftçi”yə qol vurmağım vacib deyil. Əsas odur ki, qələbə qazanaq. Komandanın uğuru hər şeydən önəmlidir. Kimin fərqlənməsinin böyük əhəmiyyəti yoxdur.

- “Xəzər Lənkəran”lı azarkeşlər stadiona buraxılmayacaq. Qonaq azarkeşlərin “Böyük oyun”a buraxılmaması səncə, düzgün qərardı?

- Mən belə olmasını istəməzdim. Çox istərdim ki, bu qadağanı aradan götürsünlər. Hər klubun azarkeşi səfərdə də komandasını dəstəkləməlidir. Amma qaydalar çərçivəsində. Hər hansı problemin yaşanması istəməzdim. Bu oyunda azarkeşlərimizin olmaması məni çox təəssüfləndirir. Yanımızda olmasalar da, çalışacağıq ki onları qələbə ilə sevindirək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30