18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qalatasaray” SOCAR-la anlaşmayıb (Yenilənib)

“Qalatasaray” titul sponsorlarının adlarını açıqlayıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi yeni mövsümdə formasının üzərində 2 brendi reklam edəcək.
 
Belə ki, Türkiyə Super Liqasında “sarı-qırmızılar”ın yaxasında SOCAR yazılacaq. Bu isə o deməkdir ki, Azərbaycan şirkəti İstanbul nəhənginin sponsorlarından birinə çevrilib. Avqust ayından başlanılan danışıqlar sentyabrda başa çatıb.
 
Çempionlar Liqasının oyunlarında “Qalatasaray”ın formasında “Sberbank” yazılacaq. Bu, onların Rusiya bankı ilə də anlaşdığından xəbər verir.
 
                                                                                                 ***
Lakin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev apasport.az-a açıqlamasında bu xəbəri təkzib edib: “Bu məlumat tamamilə yanlışdır. Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumat həqiqətə uyğun deyil”.
 
Qeyd edək ki, türkiyəli həmkarlarımız Çempionlar Liqasının oyunlarında “Qalatasaray” formasında “Sberbank”ın (Rusiyanın Əmanət bankı) reklamını daşıyacağını bildirir.
Çempionlar Liqasının oyunlarında “Qalatasaray”ın formasında “Sberbank” yazılacaq. Bu, onların Rusiya bankı ilə də anlaşdığından xəbər verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30