18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Penev: “Azərbaycan millisinin zəif oyununu şərh etmək mənim işim deyil”

“Qonaqpərvərliyə görə Azərbaycan xalqına minnətdaram. Qələbə qazandığımız üçün çox şadam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Bolqarıstan yığma komandasının baş məşqçisi la oyundan sonra milli komandamızın baş məşqçisi Lyuboslav Penev deyib.

O, rəqibin oyununu yaxşı analiz etdiklərini bildirib: “Azərbaycan millisinin oyununu yaxşı analiz etmişdim. Güclü və zəif cəhətlərini bildirdim. Komandam da bu gün verilən tapşırıqları yerinə yetirdi”.

“Azərbaycan millisindən bu qədər zəif oyun gözləyirdinizmi” sualını Penev belə cavablandırıb: “Biz bu oyuna 1 həftə hazırlaşmışdıq. Taktiki cəhətdən komandam gözlədiyim kimi intizamlı oynadı. Azərbaycan millisinin zəif oyununu şərh etmək mənim işim deyil”. 

Penev layiqli qələbə qazandıqlarını vurğulayıb: "Rəqibdən daha yaxşı oynadıq. Güclü olduğumuz üçün da qələbə qazandıq. Heç-heçə olsaydı belə, sevinəcəkdim. Çünki seçmə mərhələdə hər xal önəmlidir".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30