29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” oyunu internet vasitəsi ilə yayımlamağımıza da icazə vermir”

“Neftçi” “Xəzər Lənkəran”la oyunun nəinki televiziya, heç internet vasitəsi ilə yayınlanmasını istəmir. Bu haqda Futbolxeber.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: “Biz oyunu heç olmasa internet vasitəsi ilə yayımlamaq istəyirik. Lakin “Neftçi” buna razı deyil. Rəsmi şəkildə “Neftçi”yə müraciət etmişik. Düzdür, onlardan hələ rəsmi cavab almamışıq. Amma “Neftçi” tərəfi açıqlama verib ki, oyunun internet vasitəsi ilə yayımına da icazə vermirlər. Hələ ki oyuna bir neçə gün var, görək necə olacaq. Azarkeşlərimiz bu durumdan çox narahatdılar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31