29 Yanvar 2026, Cümə axşamı
ÇL: “Qarabağ” pley-offa yüksəldi
"Qarabağ" "Liverpul"a uduzdu
"Turan Tovuz" onunla vidalaşdı
U-21 millimizin üzvü “Səbail”də

Ölkə futbolu

Ramin Musayev: “Neftçi” istəmir ki “Xəzər Lənkəran”la oyun yayımlansın"

PFL prezidenti Ramin Musayev sentyabrın 13-də Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində baş tutacaq “Neftçi” - “Xəzər Lənkəran” oyununun televiziya vasitəsi ilə canlı yayımlanmamasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Musayev meydan sahibi klubun oyunun yayımlanmasını istəmədiyini vurğulayıb: “Bilirsiniz ki, “Xəzər Lənkəran”ın ev oyunları televiziya vasitəsi ilə yayımlanmır. Bu səbəbdən də “Neftçi” də qarşıdakı oyunun yayımlanmasını istəmir. Burada bizim edə biləcəyimiz bir şey yoxdur. Oyunu yayımlayıb-yayımlamamaqda klublar sərbəstdirlər”.

“Düşünmürsünüz ki, bundan əziyyət çəkən azarkeşlər olacaq. Xüsusən də “Xəzər Lənkəran” azarkeşləri. Çünki onlar stadionda da matça baxa bilməz” sualını PFL prezidenti belə cavablandırıb: “Bəli, tam razıyam. Çox təəssüflənirəm ki, belə bir durum yaranıb. Azarkeşlərin bu cür oyuna tamaşa edə bilməməsi çox mənfi haldır”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31