29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Penev: “Sabahkı oyunun favoriti Azərbaycandır”

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda yığmamızın qonağı olacaq Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev bu gün Bakıda mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, Penev ilk öncə oyun haqda fikirlərini açıqlayıb.

- Bu, ilk oyunumuzdur. Oyunla bağlı müxtəlif fikirlər səsləndirmək olar. 2016-cı ildə Avropa çempionatında daha çox komanda iştirak edəcək. Bu səbəbdən də bütün komandalar istəyinə çatmaq üçün sona kimi vuruşacaqlar.

- AZAL-ın futbolçusu Emil Kostadinov Azərbaycan mətbuatına açıqlamasında bildirmişdi ki,  

- Kostadinovdan heç bir məlumat almamışam. Onu cəzalandırmayın.

- Azərbaycan millisinin bir neçə oyununa baxmısınız. Millimizin zəif və güclü tərəflərini açıqlaya bilərsinizmi?

- Bəli, bir neçə oyuna baxmışam. Amma komandanın zəif cəhətlərini deməyəcəyəm. Hər zaman komandam meydana qələbə üçün çıxır. Bu dəfə də istinsa olmayacaq. Onu da deyim ki, bu, çox çətin qrupdu. Hətta deyərdəm ki seçmə mərhələnin ən güclü qrupu budur.   

- Azərbaycan millisinin məqsədi qrupda İtaliya və Xorvatiyadan sonra üçüncü olmaqdı. Sizcə, bu mümkündür?

- Bu, realdır. Eyni məqsədi biz də qarşımıza qoymuşuq.

- Hər iki tərəf düşünür ki, İtaliya və Xorvatiya qrupda ilk iki yeri tutacaq, Malta isə “qapazaltı” olacaq. Belə çıxır ki, mübarizə ancaq üçüncü yer uğrunda gedəcək?

- Nəzəri cəhətdən bu, belədir. İlk iki yeri onlar tutmalıdır. Amma praktikada bir qədər fərqli ola bilər. FİFA sıralamasında Bolqarıstan 72-ci, Azərbaycan isə 73-cüdür. Belə olan halda, favoritin məhz İtaliya və Xorvatiya olması normaldır.

- Bəzi futbolçularınız Azərbaycan millisinə aşağıdan yuxarı baxır. Siz də eyni fikirdəsiniz?

- Mən belə düşünmürəm. Əksinə, sabahkı oyunun favoriti Azərbaycandır. Çünki evdə, öz azarkeşləri qarşısında oynayırlar. Biz də oyuna yaxşı hazırlamışıq. Nəzərə alın ki, qonaq kimi də yaxşı oynayırıq.   

- Məğlubiyyəti ağlınızdan keçirirsinizmi?

- Hər komanda uduza bilər. Futbolda 3 nəticə var və onlardan biri qeydə alınacaq. Amma bir var, yaxşı oynayıb uduzasan, bir də var həvəssiz oynayasan. Həvəssiz şəkildə oynayıb uduzsaq, bundan narazı qalacağam.

- Azərbaycanın hansı oyunlarını izləmisiniz və Rusiyaya məğlubiyyət haqda nə düşünürsünüz?

- Son 5-6 oyuna baxmışam. Bu, mənim işimdir. Ancaq Azərbaycanın sonuncu məğlubiyyəti haqda danışa bilmərəm. Bunu yalnız paltardəyişmə otağında, futbolçularıma deyə bilərəm. Hesab edirəm ki, Azərbaycan millisi aqressiv oynayır və gələcəkdə yaxşı nəticələr qazanacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31