23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Sadıqov: “Statistikaya ümid olmaq lazım deyil”

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında milli komandamızın kapitanı Rəşad Sadıqov da iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu ilk növbədə oyun haqda fikirlərini açıqlayıb:

- Yeni seçmə mərhələ başlayır. Evdə qrupdakı əsas rəqiblərimizdən biri ilə qarşılaşacağıq. Məqsədimiz qələbə qazanmaqdı. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Bolqarıstan da zəif rəqib deyil. Onlar son dünya çempionatına vəsiqəni son anda əldən verdilər. Motivasiyamız güclüdü. Amma aşırı motivasiya da ziyanımıza işləyə bilər. Hər kəs canla-başla məşq edir. Hətta məşqdə belə futbolçular bir-birinə güzəştə getmir.

- Son zamanlar yaxşı formada olmadığın görünür. Bu, zədə ilə bağlıdır?

- Zədəmi bəhanə etmək istəmirəm. Oyunumun necə alındığını kənardan daha yaxşı görmək olar. Əgər, zəif oynadığımı deyirlərsə, deməli zəif oynayıram. Bu, zədəylə bağlı deyil.

- Klubdan fərqli olaraq, millidə Rasim Ramaldanovla yanaşı oynadınız. Sizin üçün hansı daha rahatdır: Rasimlə yanaşı oynamaq, yoxsa Bədavi Hüseynovla?

- Klubda Bədavi ilə yanaşı oynasam da, millidə heç vaxt birgə müdafiənin mərkəzində qərarlaşmamışıq. Hər şey baş məşqçidən asılıdır. Rasimin də yaxşı oyunları olub. Elə olub ki, o, mənim də, başqalarının səhvini sığortalayıb. Oyundan oyuna, rəqibdən rəqibə fərq var. Yenə deyirəm ki, heyəti baş məşqçi müəyyənləşdirir və kimi məsləhət görürsə, o da meydana çıxır.

- Belə xəbərlər yayılıb ki, kənardan gələn futbolçular millidəki ab-havanı pozur. Həqiqətən belədir?

- Rüfət Dadaşov millidə 5 qol vurub. Ufuk Budak komandaya gələndən bizə ancaq fayda verib. Onların gəlişi ab-havanı korlamayıb. Bunlar yalandı. Mən də kapitan kimi əlimdən gələni edirəm ki, komanda daxilində vəziyyət yaxşı olsun, mehribançılıq olsun. Belə söhbətlərə ehtiyac yoxdu. Çünki bu, komandaya ziyan verir.

- Hər halda, Mahir Şükürov belə bir açıqlama vermişdi...

- Mən başqalarının adından danışa bilmərəm. Onu deyə bilərəm ki, komandada ab-hava yaxşıdır.

- Azarkeşlərin sabahkı oyunda qələbəyə inamı böyükdür. Sizcə, bu inam nədən irəli gəlir?

- Son ev oyunlarında yaxşı nəticələr qazandıq. Rusiya ilə heç-heçə oynadıq, Şimali İrlandiyanı məğlub etdik. Bunlar komandaya inam verir. Amma statistikaya ümid olmaq lazım deyil. Biz hər zaman tsiklin əvvəlində pis çıxış etsək də, sonda daha yaxşı nəticələr qazanırıq. Bu dəfə isə çalışacağıq ki, elə ilk oyunlardan uğur qazanaq. Hər oyuna sonuncu matç kimi çıxmalıyıq.

- Azarkeşlərə sözünüz nədir?

- Azrkeşlərin bəzi şüarları bizə təsir edir. İstəyirəm ki, hər zaman arxamızda olsunlar. Həm klubun, həm də yığmanın son oyunlarında onlar möhtəşəm idilər. Təsadüfi deyil ki, rəqiblərimiz də məhz yaxşı mənada azarkeşlərimizdən danışırlar. İnanıram ki, sabah da lazımı dəstək görəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30