16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Neftçi” “Xəzər Lənkəran”la oyuna bilet satmır, amma... ÖZƏL

Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, böyük ehtimalla qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Bundan başqa, qonaq azarkeşlərin stadionda buraxılıb-buraxılmayacağı da hələ ki bilinmir. “Neftçi” isə bu oyun bilet satışı təşkil etməyi planlaşdırmır. Amma “ağ-qaralar” bu qərarını dəyişə də bilər. Çünki “Xəzər Lənkəran”lı azarkeşlərin stadiona buraxılması haqda qərar qəbul edilsə, bu zaman “Neftçi” də fikrini dəyişəcək və oyun üçün bilet satışı təşkil edəcək.

Xatırladaq ki, “Neftçi” - “Xəzər Lənkəran” oyunu sentyabrın 13-də keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30