29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kaxaber Tsxadadze: “Artıq XXI əsrdi, hədə-qorxuyla nəsə etmək istəyi keçmişdə qalmalıdı”

“ÜMİD EDİRƏM Kİ, “ARAZ NAXÇIVAN”IN SON GÜNLƏRDƏKİ NARAZILIĞI BİZİMLƏ OYUNA TƏSİR ETMƏYƏCƏK”

“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Futbolxeber.az saytına müsahibə verib. 

- Son turda “İnter” səfərdə “Xəzər Lənkəran”a uduzdu. Komandanın Lənkəranda uğur qazanması üçün nə çatışmadı?

- İlk növbədə onu deyim ki, meydan çox pis vəziyyətdə idi. Orada futbol oynamaq mümkün deyildi. Oyunu analiz edəndə də görünür ki, meydanda yalnız mübarizə var idi. Bu, bəhanə deyil. Meydançanın durumu “Xəzər Lənkəran”a da mane olur. Ötən mövsüm bizimlə oyunda “Xəzər Lənkəran” rəqib qapısına doğru 15 zərbə endirmişdi. Bu dəfə isə cəmi 6-7 zərdə vurdular. Biz də rəqib qapısına 6 zərbə endirdik. Düşünmürəm ki, komandam oyun ərzində ciddi səhvələrə yol verdi. Rəqib hesabı açanda da yüzfaizli qol epizodu deyildi. Ani hücum qurub, istəklərinə çatdılar. Bizim isə 3 şansımız olsa da, onların heç birindən yararlana bilmədik. Uduzmağımıza baxmayaraq, komandaya ciddi iradım yoxdu. “Xəzər Lənkəran” çox istəkli idi. Bizimlə oyuna kimi qələbə qazana bilməmişdilər.

- Deyəsən, hakimlərin idarəçiyilindən narazı idiniz. Çünki bir neçə epizodda referinin qərarlarına sərt şəkildə reaksiya verdiniz...

- Yox, hakimlərdən narazılığım yoxdu. Bəzən oyun zamanı hansısa epizoda sərt reaksiya verə bilərsən. Amma icmala baxanda hakimlərin oyunu yaxşı idarə etdiklərinə şahid oldum.

- Çempionatda yaranan fasilə “İnter”in oyununa mənfi təsir göstərə bilər?

- Əlbəttə ki, uzun müddətli fasilələr komandaya təsir edəcək. Təsir etməməsi qeyri-mümkündür. Biz məşqçilər də əlimizdən gələni edirik ki, bundan bacardıqca az ziyan çəkək. Elə yoxlama oyunlarını da bu məqsədlə keçiririk. Bu gün (söhbət dünən olub-red.) əvəzedici heyətlə, sabah “Sumqayıt”la qarşılaşırıq. İndiki toplanış 2 həftəlikdi, yenə yaxşıdı. Amma oktyabrdakı toplanış ümumiyyətlə faciədir. 3 həftə. Çempionatda da 3 həftəlik fasilə olar?

- Bayaq qeyd etdiniz ki, Lənkəranda meydançanın durumu yaxşı deyildi. Qarşıdakı turda səfər edəcəyiniz Naxçıvanda da qazonun durumu ideal deyil. Bu, “İnter”ə əlavə problem yaratmayacaq ki?

- Təbii ki, bu məqam bizə “Araz Naxçıvan”la oyunda da çətinlik yaradacaq. Amma futbolçular başa düşməlidirlər ki, biz irəli getməliyik. Komanda qarşısına qoyduğu məqsədə çatmaq üçün mütləq meydanın durumundan asılı olmayaraq, uğur qazanmalıdı. Digər tərəfdən də bu cür meydanlarla çox qarşılaşmışıq. Əvvəllər Tovuz və Gəncəyə gedəndə də eyni problemlə üz-üzə qalırdıq. Uğur qazanmaq üçün meydanda maksimum gücünü ortaya qoymalısan. “Araz Naxçıvan”ın 1-2 oyununa baxmışam. Heç də zəif deyillər. Bundan başqa, Naxçıvanda ajiotaj da olacaq. Təki, atmosfer normal olsun. Kim güclüdürsə, o da qalib gəlsin.

- Son turda Sumqayıtda uduzduqdan sonra “Araz Naxçıvan” PFL-i hətta çempionatı tərk etməklə də hədələdi. Bu məqam qarşıdakı görüşün taleyinə təsir göstərə bilər?

- Ümid edirəm ki, təsir etməyəcək. Artıq hakimlər də təcrübəlidirlər. Bundan başqa, PFL-də də işini bilən insanlar oturub. Artıq XXI əsrdi, hədə-qorxuyla nəsə etmək istəyi keçmişdə qalmalıdı. Əvvəllər fasilədə hakimlər otağına daxil olub, referiləri təhdid edirdilər. Lakin indi belə şeylərə imkan vermək olmaz. Əksinə, futboldursa azarkeşlər üçün bayram təşkil etmək lazımdır. Yenə deyirəm, meydanda qoy təmiz mübarizə getsin və kim güclüdürsə, o da qalib gəlsin.

- Uzun müddət hücumçu axtarışındaydınız və yekunda da Junior Nildonu heyətə qatdınız. Nildo məhz axtardığınız hücumçu idi, yoxsa onu məcburiyyətdən heyətə qatdınız?

- Yox, məcburiyyətdən söhbət gedə bilməz. Nildo elə axtardığım hücumçudu.

- Onun hazırki durumundan razısız?

- Nildo son zamanlar oyun praktikasının azlığından əziyyət çəkib. Buna görə də bir qədər zaman ehtiyacı var. Onun oyunu xoşuma gəlir. Ümid etmirəm, əminəm ki o, biz faydalı olacaq. Üzərində də məşqlərdə yaxşı işləyir. Az qalıb, tezliklə Nildo ideal formaya düşəcək.

- Çempionatdakı 4 oyunun hamısında qapıda Səlahət Ağayevə şans vermisiniz. Lomaya artıq “ilk 11-liy”ə düşmək şansını itirib?

- Səlahət daha əvvəl zədəli idi. Amma indi o, yaxşı formadadır. Əgər, sərəncamındakı yerli qapıçı güclüdürsə, ona mütləq şans vermək lazımdı. O ki qaldı Lomayaya, mənim üçün meydana çıxıb-çıxmamasından asılı olmayaraq Georgi komandanın kapitanıdır.

- Slavço Georgiyevskiyə də son zamanlar az şans verirsiniz. Bu, nə ilə bağlıdır?

- Burada artıq limit sözünü deyir. Bu mövqedə hazırda yerli oyunçuya şans veririk. Həmçinin Coşqun Diniyev və Fuad Bayramov da var. Yaxşı gənclərin olması məni sevindirməyə bilməz. Bu gün Slavço ehtiyatda qalır, sabah da bir başqası qalacaq.  Georgiyevski çox təcrübəli futbolçudur. Heç vaxt özünü komandadan kənarda görmür. “Sumqayıt”la yoxlama oyununda Slavçoya da, Şpiçiçə də, Benitesə də şans verəcəyəm. Onlar gözəl başa düşürlər ki, komandanın uğur qazanması üçün heyətdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31