26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Oğuz Çətin: “Neftçi” ilə oyunun “Xəzər Lənkəran” üçün nə demək olduğunu bilirəm”

“Neftçi” ilə oyunun “Xəzər Lənkəran” üçün hansı əhəmiyyət kəsb etdiyini çox yaxşı bilirəm. Belə oyunları Türkiyədə çox görmüşəm”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli mütəxəssis bu cür rəqabətin olmasını müsbət məqam kimi qeyd edib: “Fənərbaxça” - “Qalatasaray” derbisində bu hissləri yaşamışam. Bilirəm ki, azarkeşlər üçü bu oyun böyük əhəmiyyət kəsb edir. Onların arasında “Çempion olmasan da olar, yetər ki “Neftçi”ni məğlub et” deyənlər var. Türkiyə də belədir. Derbidən öncə həmişə “Çempion olmasaq da olar, yetər ki “Qalatasaray”ı məğlub et” deyilirdi. Azarkeşlərin bu fikrinə hörmət etmək lazımdır. Bu cür ciddi rəqabətin olması yaxşıdır. Yetər ki, hər şey qaydalar çərçivəsində olsun, fair-pleydən kənara çıxılmasın. Biz də “Neftçi” ilə oyuna çox ciddi hazırlaşırıq. Komandam bu oyunda ən yaxşı şəkildə mübarizə aparacaq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik”.   

QEYD: Oğuz Çətinin geniş müsahibəsi ilə irəliləyən saatlarda saytımızda tanış ola bilərsiniz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30