20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq” məşləri bərpa etdi

Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq”un məşqçilər korpusu yetirmələrinə son turdan sonra üç günlük istirəhət vermişdi. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu gündən etibarən komanda məşqləri bərpa edib. Zaqatalada bir araya gələn "Simurq", milli komandanın heyətində olan İlkin Qırtımov, Vadim Abdullayev və Rəşad Eyyubovsuz "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb.

Qeyd edək ki, son turda səfərdə yeni mövsümdə ilk dəfə məğlubiyyətlə tanış olan "Simurq", hazırda 6 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda sentyabrın 13-də doğma arenada növbəti matçına çıxacaq. "Sarı-qaralar"ın rəqibi "Qəbələ" klubu olacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30