19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Araz Naxçıvan”ın prezidenti: “Prezidentin imzaladığı sərəncam deyəsən federasiyanı maraqlandırmır”

“Araz-Naxçıvan” PFK-nın prezidenti Orxan Cabbarovun müsahibəsi

- “Sumqayıt” - “Araz-Naxçıvan” oyunundan sonra baş verənləri bir də sizdən eşidək...

- Artıq deyiləsi söz yoxdur. Daha doğrusu, sözümüz çoxdur, amma qurum dediyimiz sözlərə bir qədər “barmaqarası” yanaşır. Səbəbini heç aydınlaşdıra da bilmirik. Cənab Prezidentin futbolun inkişafı üçün imzaladığı sərəncam deyəsən federasiyanı maraqlandırmır. Biz, eləcə də digər klublarımızın bir məqsədi var: Azərbaycanda futbolu kütləviləşdirmək. Ancaq bəzi qurumlar nə edir: yalnız haqlarımızı tapdalayır. Uzun illər muxtar respublikada futbol olmayıb, insanlar yeni yaradılmış komandaya azarkeşlik etmək üçün bütün rayonlardan stadiona axın edirlər. Niyə? Çünki bizim məqsədimiz öncədən bəlli idi - sadəcə futbol üçün çalışmaq və cənab prezidentin sərəncamına əsasən hərəkət etmək. İndi görürük ki, bu yolda bizə maneçilik törədirlər.

- Sizə kimlərinsə maneçilik törətdiyini dediniz. Bu yolda kimlər yolunuzu kəsir?

- İlk növbədə hakimlər. Cari mövsüm Premyer Liqaya yüksəldikdən sonra hakimlər oyunlarımızda verdikləri qərəzli qərarlarla gündəmi zəbt etdilər. İlk olaraq Qəbələdə olmayan yerdən qapımıza penalti təyin olundu. İndi mən soruşuram: Rəhim Həsənova niyə təyinat vermirlər? Deməli, səhv etdiyini HK da təsdiq edir. Buna etiraz etmədik, dedik insandı, hakimdi, səhv edə bilər. Lakin “Sumqayıt”la oyunda artıq səbr kasasını daşırdılar. İki epizodda qeydə alınmayan penalti və qol futbolçuları da ruhdan saldı. Deyək ki, bu oyunda epizodların birini hakim görmədi, səhvini qəbul etmək olar. Bəs digər, hesaba alınmayan qol? Anlamadığım bir şey var: xalqın gözü tərəzidir, yoxsa Hakimlər Komitəsinin? Yaxud bunlar gördükləri işi bacarmırlar?

- Bu etirazlar barədə PFL-ə rəsmi müraciət etmisiniz?

- Yox. Sadəcə biz inanırıq ki, HK özlərini gülünc vəziyyətdə qoymayaraq, bu qərarların nə dərəcədə düzgün və ya yalnış olduğuna qərar verərlər. Nədə olmasa qurumda futbol anlayışı olan insanlar olacaq. Ancaq PFL rəhbəri Ramin Musayevlə görüşümüz olub və bu mübahisəli epizodların bir daha araşdırlacağına söz verilib.

- Bəs “Araz-Naxçıvan”ın çempionatdan çıxarılması ilə bağlı nə deyə bilərsiz?

- Ola bilər. Hər oyunumuz hakim səhvləri ilə nəticələnsə, məğlubiyyətlə üzləşib bunu qəbul edəcəyiksə, bəri başdan desinlər, xərc çəkib səfər oyunlarına getməyək, 3 xalı elə rəqibə “hədiyyə” edək. Onsuz da bu 3 xalı HK rəqibə həvalə edir (gülür).

- Mətbuatda qeyd olunub ki, bu gün “Araz-Naxçıvan” PFK PFL-ə rəsmi məktubla müraciət edib. Bu doğru xəbərdir?

- Bəli, rəsmi məktub yazılıb. Klub rəhbəri kimi, “Sumqayıt” - “Araz-Naxçıvan”  oyununu idarə edən hakimlərin Araz-Naxçıvan” azarkeşlərinin hər hansı bir  təzyiqinə məruz qalmamalarını düşünərək belə bir müraciət ünvanladıq. Onu da qeyd edim ki, sosial şəbəkələrdə və ya hər hansı mətbuu orqanda “Araz-Naxçıvan” barədə çıxan məlumatlar klubumuzun rəsmi saytında açıqlanmırsa, bunlar əsassızdır. Sadəcə mənə maraqlıdır - “Araz-Naxçıvan”ın başına gələnlər, digər klubların başına gələcəkmi? Bu suala da siz cavab verin. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30