29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aqil Məmmədov: “Onlar “İnter”lə oyunda öz mövqelərini itirdilər”

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, A. Məmmədov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, Premyer Liqada yaranmış fasilədən necə istifadə edəcəksiniz?

 - “Araz Naxçıvan”la görüşdən sonra futbolçuları istirahətə buraxmışdım. Dörd günlük fasilədən sonra sabah toplaşırıq. 6 futbolçumuz U-21 yığmasının heyətindədir. Buna baxmayaraq, 1 yoxlama oyunu keçirməyə qərar verdik. İnşallah, şənbə günü saat 18:00-da “İnter”lə üz-üzə gələcəyik.  Bu oyun “Bakı” klubunun təlim-məşq bazasında reallaşacaq. Oyunun məhz bu arenada keçirilməsi bizim üçün sərfəlidir.  Çünki Premyer Liqanın V turunda məhz “Bakı” ilə bu meydançada oynayacağıq.

“İnter”lə oyunda qeydə alınan 1:5  hesablı məğlubiyyətdən sonra heyətdə bir çox dəyişiklik etdiniz. “Araz Naxçıvan” üzərində dəyişik heyətlə qələbə qazanmağınız ikinci heyətin daha uğurlu olmasına işarədir?

- Bəli, ikinci heyəti daha uğurlu saymaq olar. İdman prinsiplərində belə bir qanunauyğunluq var ki, uduzan heyətdə mütləq islahatlar aparılmalıdır. Mən “İnter”lə oyunda meydançaya çıxan 4  futbolçunu “Araz Naxçıvan”la matçda  ehtiyatda saxlamışdım. Onlar əsas heyətdəki yerlərini məhz “İnter”lə oyunda itirdilər. Amma sözsüz ki, onlar da bizim oyunçularımızdır. Həmin futbolçular öz yerlərini qaytarmaq üçün mütləq mübarizə aparmalı və 2 qat güclə çalışmalıdırlar. Kim güclüdürsə, o da meydançaya çıxacaq.

-  “Sumqayıt” hazırda turnir cədvəlinin lideridir. “Sumqayıt”ın liderliyi uzunmüddətli ola bilərmi?

-  Deməzdim ki, biz rəqiblərimizi böyük fərqlə üstələmişik. Bəzən idman xoşbəxtliyi bizim tərəfimizdə olub.  Biz qələbələri futbolçuların sona qədər döyüşməsi, mübarizədən qopmaması nəticəsində qazanmışıq. Əvvəl də demişəm, yenə də deyirəm: Bizim hədəfimiz çempionluq deyil. Məqsədimiz yaxşı oyun sərgiləmək, qələbələr qazanmaqdır. Kimin çempion olacağı, kimin digər medalları qazanacağını isə çempionatın sonunda  görəcəyik.

Ötən mövsüm əsas  oyunçularınızdan sayılan Pərdis Fərcad Azadın zədəsinin sağalması üçün nə qədər zamana ehtiyac var?

-  Pərdisin zədəsi ciddidir. Mən istərdim ki, Pərdis tez qayıtsın. Amma hesab edirəm ki, onun qayıdışı ən yaxşı halda, yanvar ayında reallaşa bilər.  

-  Sumqayıtda həmişə futbol ab-havası olub. Adətən, Sumqayıt stadionuna gələn azarkeşlərin də orta yaş həddi yüksəkdir. Yəni Sumqayıt  camaatı artıq “Sumqayıt”ı doğma komanda kimi qəbul edir. Bu barədə düşüncələriniz necədir?

-  Bəli, camaatın, xalqın komandası olmaq çətin işdir. Gərək azarkeş rəğbəti qazanasan. Bəli, Sumqayıtda gəlmə komandalar çıxış ediblər. Yəqin ki, həmin vaxt hər hansı bir soyuqluq olub. İndiki məqamda isə vəziyyət fərqlidir. Azarkeşlər bizə hər zaman dəstək olublar və bizi heç vaxt darda qoymayıblar.

-  Növbəti turda rəqibiniz “Bakı”dır. Bu komanda ilə bağlı hansı fikirdəsiniz?

-  Mən bir məsələni vurğulayım ki, “Bakı” heç də zəif komanda deyil. Məğlub olduqları oyunlarda da yaxşı futbol sərgiləyiblər. Döyüşməyi bacaran komandaya qarşı oynayacağıq. Bu baxımdan işimiz heç də asan olmayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31