23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sport-Ekspress”: “... Və onda Rəşad Sadıqov hiddətləndi”

MƏŞHUR RUS QƏZETİ “QARABAĞ”, HAFİZ MƏMMƏDOVUN LAYİHƏLƏRİ VƏ SADIQOV-SƏMƏDOV QALMALINDAN YAZDI

Bu gün keçiriləcək Rusiya - Azərbaycan yoxlama oyunu ərəfəsində qonşu ölkə mətbuatı Azərbaycan futbolu haqda yazı dərc edib. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, nüfuzlu “Sport-ekspress” qəzeti “Azərbaycan: Foqts odlar yurdu ölkəsində” başlıqlı yazıda əvvəlcə almaniyalı mütəxəssisin millimizdəki faəliyyətinə toxunulub.

Daha sonra yazıda “Land of fire Azerbaijan” brendi və “Qarabağ” klubundan bəhs olunub.

“Azərbaycan futbolu bu gün çoxlarında həm də Madrid “Atletiko”sunun forması üzərinə yazılan “Land of fire Azerbaijan” sözləri ilə assosiasiya olunur. Azərbaycanlı biznesmen, “Bakı” klubunun sahibi Hafiz Məmmədov həmin reklam müqaviləsini bağlamaqdan daha da irəli gedərək Fransanın “Lans” və “Şeffild Uenzdi” klublarını birdəfəlik satın aldı”.

Yazıda daha sonra “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməklə Azərbaycanın adını ucaltdığı qeyd edilib. Bildirilib ki, Ağdam şəhərini təmsil edən, amma Bakıda çıxış edən (bu yerdə rus jurnalist, nədənsə, komandanın hansı səbəbdən Bakıda oynadığına - yəni Ağdamın işğalı faktına toxunmayıb - red.) “Qarabağ” “Tvente” ilə səfər oyununda qollu heç-heçəyə nail oldu”. Yazıda “Qarabağ”da çoxlu legionerin olduğu qeyd edilsə də, komandaya Qurban Qurbanovun rəhbərlik etdiyi və onun çox tanınmış şəxs olduğu bildirilib. Eyni zamanda “Qarabağ”ın müdafiə xəttində demək olar ki, yerli futbolçuların çıxış etdiyi vurğulanıb.

Yazıda həmçinin “Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovla Rusiya millisinin əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədov arasındakı qalmaqala də toxunulur. Bildirilir ki, Rəşad Sadıqov Səmədovun “Biz azərbaycanla oyunda onları arxayınçılıqlarına görə cəzalandıracağıq” sözlərini öz bildiyi qaydada başa düşüb və bu fikirlərdən hiddətlənib. Nəticədə Azərbaycan - Rusiya oyununda Səmədovun yerli azarkeşlər tərəfindən fitə basıldığı xatırladılıb.

Yazı müəllifi həmçinin hazırda azərbaycanlı oyunçular arasında ən populyar futbolçunun Vaqif Cavadov olduğunu yazıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30