20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Lippert: “Klublar öz üzərinə düşəni etsəydilər, mənim də işim daha yaxşı görünərdi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert sabah İsrail komandasına qarşı keçiriləcək oyunla bağlı mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis ilk öncə vəzifəsindən istefa verdiyini bəyan edib: “Artıq AFFA rəhbərliyi ilə bu haqda danışmışam. U-21 millisindəki vəzifəmi başa vururam. Ya seçmə mərhələ başa çatdıqdan sonra, ya da ilin sonunda vəzifəmdən ayrılacağam. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, xeyli müddətdir komandaya rəhbərlik edirəm. Elə oyunçular var ki, hələ U-17-də də mənimlə birgə çalışıblar. Bu gün Azərbaycanda yaxşı məşqçilər var. Onların da yolunu açmaq lazımdı. İkinci səbəb isə işlərimin çoxluğudur. Bildiyiniz kimi, texniki direktoru kimi də çalışıram. İşlərim həddindən artıq çoxdur. Başqa layihələrim var ki, onları reallaşdırmaq üçün vaxt lazımdı. Eləcə də PRO kateqoriyalı məşqçi kurslarına nəzarət edirəm. Həmçinin 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. Bütün bunlar sizə asan görünməsin”.

Alman məşqçi gördüyü işlər haqda bunları deyib: “6 ildən artıqdır ki, komandadayam. Mən bura yeni gələndə bir jurnalist bildirdi ki, komanda 8 ildir qələbə qazana bilmir. Amma biz geridə qalan müddətdə 4 dəfə qələbə qazanmışıq. Mənim əsas işim yaxşı nəticə qazanmaq yox, əsas milli üçün oyunçu yetişdirməkdi. Bu gün milli ilə Moskvaya yollanan futbolçulardan 16-sı U-21-dən çıxıb: Cavid Hüseynov, Maksim Medvedyev, Rauf Əliyev, Əfran İsmayılov, Ruslan Abışov və başqaları. Onların əsas yığmaya bu qədər tez düşəcəklərini gözləməzdim. Mən demirəm ki, onları mən yetişdirmişəm. Bunda əsas millinin çalışdırıcısı Berti Foqtsun da böyük rolu var”.  

Lippert İsraillə oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini qeyd edib: “Vaxtımız çox az oldu. Elə futbolçular var ki, onlar yığmaya hələ dünən qoşulublar. Bu gün isə oyunöncəsi məşqimiz baş tutacaq. Belə qısa müddətdə komandanı taktiki cəhətdən nəyəsə hazırlamaq çox çətindi”.    

Bernhard Lippert xələfi qismində görmək istədiyi məşqçinin adını açıqlamayıb: “Ola bilər ki, mənim ürəyimdən hansısa məşqçinin və ya məşqçilərin adı keçir. Amma mən U-21-in yeni baş məşqçisi qismində kimi görmək istədiyim mütəxəssisin adını burada açıqlaya bilmərəm. Əgər, AFFA rəhbərliyi mənə bu barədə sual ünvanlasa, o zaman öz aramızda ad çəkə bilərəm”.   

Alman məşqçi Azərbaycan futbolunda gördüyü problemlərdən də söz açıb: “Uşaq və yeniyetmə futbolu üçün infrastrukturu daha da yaxşı qurmaq olar. Problem odur ki, Azərbaycan klublarının çoxu qısa müddətli iş görürlər. Yəni, onlar gələcəyi düşünmürlər. Bu gün pul xərcləyirlərsə, tezliklə də uğur qazanmaq istəyirlər. Əsas diqqət birinci komandaya yönəldilir. Bu da uşaq və yeniyetmə futbolunun gözardına vurulmasına gətirib çıxarır. Söhbət təkcə meydançalardan da getmir. Mən demirəm futbolçulara pul versinlər. Yox, həmin pulu onların inkişafına həsr etsinlər. Əsasən xaricdən legionerlər gətirilir. Bu halda uğur qazanmaq çox çətindir. Almaniyada, ümumiyyətlə Qərbi Avropada bütün klublar büdcənin 10 faizini uşaq futboluna sərf edirlər. Amma Azərbaycanda vəziyyət belə deyil. Mən yeniyetmə futbolunda çox iş görə bilmərəm. Bu prosesin 85 faizi, bəlkə də daha artığı klublardan asılıdır. Klublar öz üzərinə düşəni etsəydilər, mənim də işim daha yaxşı görünərdi”.

“Mirhüseyn Seyidov Norveçlə oyundan sonra birdirdi ki, bir daha U-21-in formasını geyməcək. Bu gün onun heyətdə yer almaması bununla bağlıdırmı” sualını Lippert belə cavablandırıb: “Biz belə arzuları yerinə yetirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30