19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AZAL-ın 253 günlük həsrəti bitdi

AZAL 2014-cü ildə ilk qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Bununla da bakılıların 20 matçlıq qələbəsizliyi sona çatıb. AZAL sonuncu dəfə 2013-cü il dekabrın 20-də qalib gəlmişdi. 253 gündən sonra qalib gələn AZAL Azərbaycan Premyer Liqasının 2013/14 mövsümünün XVIII turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi. Bundan sonrakı 20 oyunda isə 8 heç-heçə edən bakılılar 12 dəfə uduzmuşdu. 10 illik tarixinin ən uzun qələbəsiz seriyasını qıran AZAL bunadək ən pis halda ardıcıl 10 matçda qalib gəlməmişdi. “Qəbələ” üzərində qələbə həm də Tərlan Əhmədovun AZAL-ın baş məşqçisi kimi ilk qələbəsi olub.

Qeyd edək ki, AZAL Azərbaycan çempionatları tarixində 20 və daha artıq oyunda qələbə qazana bilməyən 13-cü komandadır. Bu göstəricidə antirekord 1997-98-ci illərdə ardıcıl 33 matçda qalib gəlməyən “Şəfa”ya məxsusdur.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30