28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Simurq” Gürcüstan klubu ilə qarşılaşa bilər

Dünən mövsümdə ilk yenilgisini alan “Simurq” “Neftçi” ilə oyundan sonra istirahətə çəkilib. Bu haqda Futbolxeber.az saytına Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Klub rəsmisi qeyd edib ki, 3 günlük istirahətdən sonra komanda üzvləri bir araya gələcək. Çempionatda yaranan fasilə ilə əlaqədar olaraq “Simurq” yoxlama oyununda qüvvəsini sınayacaq. Lakin hələlik rəqibin adı bəlli deyil. Komandanın hazırlıq planı da elə rəqibdən asılıdır.

“Simurq” Gürcüstan klublarından birini sınağa çəkmək istəyir. Plan baş tutsa, oyun Zaqatalada keçiriləcək və komanda istirahət müddətində məhz doğma məkanda hazırlıq keçəcək. Bu plan alınmasa və “Simurq” yerli klublardan biri ilə qarşılaşmalı olsa, o zaman görüş Bakıda baş tutacaq və komanda hazırlığını paytaxtda keçəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31