20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”yə heç nədən uduzduq”

“Neftçi”yə qarşı yaxşı oynadıq. Xeyli qol epizodu yaratsaq da, onlardan yararlana bilmədik”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Simurq”un üzvü Rəşad Eyyubov deyib.

Gənc futbolçu oyun ərzində qaçırdığı epizodlara belə münasibət bildirib: “Həqiqətən də şanslarım oldu. Əlimdən gələni etdim ki, fərqlənim. Amma heç cür qol vura bilmədim. Təbii ki, buna görə çox məyusam”.

Eyyubov oyun zamanı rəqib futbolçu Araz Abdullayevlə aralarında yaranan mübahisə haqda sualı belə cavablandırıb: “Aramızda heç bir problem yoxdur. Mən Arazı çoxdan tanıyıram”.

“Simurq”un futbolçusu “Neftçi”yə məğlubiyyətdən sonra komandada psixoloji gərginlik yaranacağına inanmır: “Yox, bu məğlubiyyətə görə komandada psixoloji gərginlik yarana bilməz. Çünki biz bu gün rəqibdən heç də zəif oynamadıq. Heç nədən uduzduq. Hər kəs gördü ki, “Neftçi”ni məğlub belə edə bilərdik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30