25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kapitan söz verdi: “Xəzər Lənkəran” növbəti oyunlarda bundan da yaxşı oynayacaq”

“Qəbələ qazanmağımıza baxmayaraq, bizim üçün çox ağır oyun oldu. “İnter” də güclü rəqibdi. Hər zaman çempionluğa oynayırlar. Bununla belə, qalib gəlməyi bacardıq. Bu qələbəni azarkeşlərə həsr edirdik. Komanda adından onlara minnətdaram ki, çətin anda bizi yalnız buraxmadılar”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu klub rəhbərliyinin dəstəyini qeyd edib: “Rəhbərlik həmişə bizim yanımızdadı. Pis gündə də, yaxşı gündə də. Təbii ki, ilk turda qazandığımız nəticələr onları da qane edə bilməzdi. 3 oyunda cəmi 1 xal toplamağımızdan narazıydılar. Ona görə də “İnter”lə oyundan öncə bir araya gəldik. Bizə dəstəklərini nümayiş etdirdilər. Komandaya inandıqlarını bildirdilər”.

Rahid Əmirquliyev qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəklərini bildirib: “Qara zolaq”dan çıxmağımız çox vacib idi. Bundan sonra vəziyyətimiz düzələcək. Azarkeşlərə söz verirəm ki, qarşıdakı oyunlarda bundan da yaxşı oynayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30