29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Oğuz Çətin: “Klub prezidentinin dəstəyi bizim üçün çox vacib idi”

“Uğursuz oyunlardan sonra belə qələbəyə ehtiyac vardı. Əvvəlki görüşlərdə yaxşı oynayıb, qol epizodu yaratsaq da, istədiyimizə nail ola bilmirdik. Odur ki, belə qələbəyə ehtiyac vardı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli mütəxəssis çətin gündə komandanın yanında olan klub rəhbərliyinə minnətdarlıq edib: “Çox ağır oyunlardan öncə bir-birinə dəstək vermək, bir ailə kimi olmaq çox vacibdir. “Simurq” məğlubiyyətindən sonra klub prezidenti Mais Mənsimov hər gün komandanın yanında idi və bizə çox böyük dəstək verdi. Bizim üçün bu çox vacib idi. Oyuna bir ailə kimi hazırlaşdıq. Futbolçularımı göstərdikləri mübarizəyə görə təbrik edirəm. Qələbə qazanmaq üçün hər şeyi etdik. Bu gün bir daha gördük ki, azarkeşlərimiz bizə dəstək olduğu zaman komandamız daha da yaxşı oyun göstərir. Bu gün onlar da bizə çox ciddi dəstək verdilər. Bu qələbə qarşıdakı oyunlarda daha inamlı çıxış etməyimizə kömək edəcək. “İnter” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçuların üstün mübarizə əzmi və verilən taktiki tapşırıqların tam yerinə yetirilməsi qələbə qazanmağımızda rol oynadı”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31