29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün tarixi məsələdir”

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, R.Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədir. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq.

- “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk oyunda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa  çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.

- “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırmışdı. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?

- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, “Qarabağ” Azərbaycanındır. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdir.

- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?

- “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq.  “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə oyunlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir oyuna maksimum dərəcədə köklənək və nəticə əldə edək.

- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidir?

- “Qarabağ”ın heyəti yetərlidir. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldır. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.

- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Premyer Liqa, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdır.

- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının oyunları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.

- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?

- Karyeramın yaxşı mərhələsidir. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdır. Amma yenə də irəli getmək istəyirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31