19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Veteranların oyununda böyükhesablı heç-heçə

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Azərbaycan və Özbəkistanın futbol veteranları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 0yunda topa ilk toxunuşu Azərbaycan və Özbəkistanın xalq artisti, Daşkənd Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov edib. Qarşılaşmanın baş hakimi Özbəkistanda yaşayan azərbaycanlı veteran futbol hakimi Sərdar Nəcəfəliyev olub. Oyun 4:4 hesabı ilə başa çatıb. Azamat Abduraimov və Musa Qurbanov het-trik edib. Hərəyə 1 dəfə isə Casur Abduraimov və Vəli Qasımov fərqlənib. Hüseyn Məhəmmədov özbəkistanlı veteranların penalti zərbəsindən fərqlənməsinə imkan verməyib.
Oyun başa çatdıqdan sonra hər iki komandanın bütün üzvlərinə Ucell şirkətinin rəhbəri Elçin Cabbarov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30