19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rövnəq Abdullayev: “...“Qarabağ” ölkə futbolunun tarixində rekorda nail olacaq”

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək fikirlərini affa.az saytına bildirib: "Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi. Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əmzkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram”.




Ad: samir;   E-mail: ---

29.08.2014 20:53

pul olan yerde uxurda olur
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30