19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Denis Silva: “Tabloya baxıb, “aman Tanrım, hələ 70 dəqiqə oynamalıyıq” dedim”

“Neftçi”nin müdafiəçisi Denis Silva Futbolxeber.az saytına müsahibə verib.

- Səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzdunuz. Serbiyada qeydə alınan nəticəni necə dəyərləndirirsən?

- Bu, bizim üçün yaxşı nəticədir. Səfərdə 2 qol vurmaq çox yaxşıdır.

- Amma oyunun artıq 17-ci dəqiqəsində hesabda 2:0 öndə idiniz…

- Düzdür, orada da qələbə qazana bilərdik. Amma cavab oyunu üçün bizə cəmi 1 qol lazımdı. Sabah həmin qolu vursaq, artıq qrup mərhələsinə vəsiqə qazanacağıq. Məgər, Serbiyada qazandığımız nəticə pisdir?

- Pis deyil. Rəqib meydanında 2 qol vurmaq yaxşı nəticədir. Lakin səfərdə də qələbə qazanmaq olardı.

- Əlbəttə, qalib gələ bilərdik. Lakin öz səhvlərimiz ucbatından, heç nədən uduzduq.

- Əvvəlcə rəqibin qapısına 2 dəfə yol tapdın. Daha sonra isə topu “Neftçi”nin qapısına göndərdin. Avtoqol vurduğun anda hansı hisslər keçirdin?

- Təbii ki, topu öz qapıma göndərməyim yaxşı hal deyil. Həmin anda yalnız onu düşünürdüm ki, daha top buraxmayaq. Düşünürdüm ki, bundan sonra da rəqib qapısına yol tapa bilərik.

- Oyundan sonra baş məşqçi Böyükağa Hacıyev bildirdi ki, 2:0-dan sonra “Neftçi”nin bütün oyunçuları arxayınlaşdı. Həqiqətənmi 2 qoldan sonra artıq cütün taleyinin həll olunduğunu düşünürdüz?

- Yox, Mən özüm barədə danışa bilərəm yalnız. Belə fikri qətiyyən özümə yaxın buraxmırdım. Hətta 2:0 önə keçdikdən sonra tabloya baxıb, “Aman Tanrım, hələ 70 dəqiqə oynamalıyıq” deyə, düşündüm. Yenə deyirəm, öz adımdan deyirəm ki hansısa arxayınçılıqdan söhbət gedə bilməz.

- Sabah cavab oyunudur. “Neftçi” istəyinə nail ola biləcək?

- Evdə oynadığımız üçün çox yaxşı şansımız var. İnanıram ki, bütün gücümüzü meydanda qoysaq, istəyimizə çatacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31