19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Con Toşak: "Xəzər Lənkəran”ın təklifi mənim üçün maraqlı oldu

 

 

“Bu mənim Azərbaycana 3-cü səfərimdir. 2 dəfə yığma ilə gəlmişəm, indi də kluba. Hər dəfə də Bakıda yaxşı qarşılanmışam". Futbolxeber.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşak deyib.

Bu gün ölkəmizə təşrif buyuran uelsli mütəxəssis hava limanında jurnalistlərə verdiyi açıqlamada "Xəzər Lənkəran"dan aldığı təklifi belə dəyərləndirib: "Xəzər Lənkəran”ın təklifi mənim üçün maraqlı oldu. Bu, mənim üçün yeni çağırışdır. Ailəmdən, yaxınlarımdan uzaqda olsam da, Azərbaycanda yaxşı günlər keçirəcəyimə ümid edirəm. “Xəzər Lənkəran”dakı fəaliyyətimin karyeramda maraqlı səhifə olacağına inanıram. Klubun indiki turnir cədvəlində vəziyyətində xəbərim var. Komanda yaxşı yerdə deyil. Lakin çalışıb yaxşı nəticələr, uğurlar qazana bilərik”.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30