20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vaqif Sadıqov: “Ən azı üçüncü yeri tutmaq üçün mübarizə apara bilərik”

Azərbaycanın tanınmış futbol mütəxəssisi Vaqif Sadıqovun müsahibəsi

 - “Qarabağ” və “Neftçi” Avroliqanın pley-off mərhələsində ilk oyunlarını keçirdi. Komandalarımızın çıxışı və növbəti mərhələyə çıxmaq şansları haqda fikirlərinizi bilmək istərdik.

- Hər iki klubumuz qrup mərhələsinə düşmək üçün yaxşı şans əldə edib. “Neftçi” məğlub olsa da, səfərdə “Partizan”a iki qol vurub. “Qarabağ” nə dəqər çalışsa da, “Tvente”yə qol vura bilmədi. Ancaq məzmunlu, baxımlı oyun sərgiləməklə hansı potensialı olduğunu ortaya qoydu və göstərdi ki, “Tvente” ilə səfərdə də oynamaq olar. İstər-istəməz “Tvente” öz meydanında hücuma atılacaq. “Qarabağ” isə bundan səmərəli istifadə edəcək. Nəzərə alsaq ki, “Tvente” yerli çempionatda da qələbə qazana bilməyib, gözləmək olar ki, ən yaxşı halda “Qarabağ”la qollu heç-heçə edə bilər. Bu isə komandamızı qrup mərhələsinə daşıyacaq. İnanıram ki, hər iki komandamız qrup mərhələsinə yüksəlmək gücündədir. İki klubumuz bir ildə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yaza bilərik.

“Tvente”nin 2009-cu illə müqayisədə xeyli zəif çıxış etdiyini demək olar?

- Deməzdim ki, “Tvente” zəif çıxış etdi. Sadəcə “Qarabağ” indi əvvəlki illərdən qat-qat üstün oynayır. Komandamız hazırda Avropada sözünü deyən bir heyətə malikdir. Sözün əsl mənasında Azərbaycanı layiqincə təmsil edən bir komandadır. “Tvente” zəif təsir bağışlayıbsa, burada “Qarabağ”ın əməyini vurğulamaq lazımdır.

- Milli komandamız yoxlama oyununda Özbəkistanla bacarmadı. Foqtsun ekspermental heyəti xeyli tənqid olundu. Bu barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, əsl yoldaşlıq görüşü oldu. Heç bir məzmunlu oyundan söhbət gedə bilməz. Futbolçularda motivasiya sıfıra bərabər idi. Komandamız çox yorğun görünürdü. Artıq Rusiya ilə keçirəcəyimiz yoldaşlıq oyununda həmin heyətlə çıxış etmək olmaz. Qarşıdakı matçda AVRO 2016-nın seçmə mərhələsində oynayacaq futbolçulara şans verilməldir. Artıq ekspermentlərə son qoymaq lazımdır. Foqts məqsədyönlü iş görməlidir. Əlindən gələni etməlidir ki, komandamız potensialını göstərsin. İnanıram ki, millimiz seçmə mərhələinin elə ilk oyunda iddialı olduğunu sübut edəcək. Ən azı qrupda üçüncü yeri tutmaq üçün mübarizə apara bilərik.

Necə düşünürsünüz, hazırda millimizə heç bir xeyir verə bilməyən legionerlərdənsə “Qarabağ”ın hücumçusu Reynaldo Silvanı milliyə dəvət etmək düzgün olmaz?

- Məncə, dünyadan gedən proseslərdən kənarda qalmamalıyıq. Biz də artıq milliləşdirmə siyasəti aparırıq. Ancaq sizinlə tam razıyam ki, milliləşdirilmiş digər legionerlərdənsə Reynaldo daha yaxşıdır. Çünki o, komandamıza uzun müddət xeyir verə bilər. Bu gün milliyə dəvət alan gənc legionerlərin xeyrini bir neçə ildən sonra görə bilərik. Ona görə də bu siyasətin tərəfdarı deyiləm. Yaxşı olardı ki, Reynaldo kimi hazırda bizə xeyir verə biləcək futbolçunu yığmaya dəvət edək. Kütləvi milliləşdirmənin də tərəfdarı deyiləm.

Sizcə, Premyer Liqamızda çıxış edən legionerlərdən hansıları milliləşdirmək düzgün olardı?

-  Bu gün millimizə dəvət oluna biləcək legionerlər  “Qarabağ”ın üzvləri Reynaldo Silva və Riçard Almeydadır. Yəni onlar tam peşəkar futbolçulardır və yığmamıza böyük fayda verə bilərlər.

 


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30