25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Premyer Liqanın bombardiri: “Xəzər Lənkəran” ciddi rəqibdi”

4 qolla hazırda Premyer Liqanın ən yaxşı bombardiri olan “İnter”in üzvü Mikel Alvaro Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə “Sumqayıt”a qarşı keçirilən oyun barədə fikirlərini bildirərdin

- Maraqlı oyun alındı. Komandamız yaxşı oynadı. Oyunun əvvəlində ardıcıl 2 qol vursaq da, rəqib daha sonra fərqi minimuma endirdi. Amma bu məqam oyunumuza təsir göstərmədi. İkinci hissədə də yaxşı oynadıq və sona yaxın hesab arasındakı fərqi daha da artırdıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

- Deyəsən, ayağında zədən var. Çünki sona yaxın sanki bir qədər axsayırdın.

- Hə, bir az ağrılarım var. İlk hissədə topuğumdan zədə aldım. Amma elə də ciddi bir şey deyil.

- Növbəti turda meydana çıxa biləcəksən?

- Növbəti oyunda oynayıb-oynamayacağım sabah müayinədən sonra bilinəcək.

- Ötən mövsüm “İnter” mövsümə uğursuz başlasa da, cari çempionatda bunun əksini görürük. Komanda sona kimi bu tempi saxlaya biləcək?

- Həqiqətən də bu mövsümə yaxşı başlamışıq. Artıq aktivimizdə 7 xal var. Komandamız hər oyuna qələbə üçün çıxır. Bu uğurlu seriyanı davam etdirmək fikrindəyik. Ötən mövsüm ilk turlarda çox pis çıxış edirdik. Amma indi vəziyyət fərqlidir. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün uğurlu oyunumuzu davam etdirməliyik.

- Növbəti turda “İnter”i Lənkərana səfər gözləyir...

- Çox çətin oyun olacaq. Rəqibin heyətində xeyli sayda güclü futbolçu var. “Xəzər Lənkəran” ciddi rəqibdir. Öz meydanlarında oynayacaqlar. Amma biz də asan təslim olmaq fikrində deyilik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.  

- “Xəzər Lənkəran”ın aktivində 3 oyundan sonra cəmi 1 xal var. Bu, məqam sizin lehinizədir, yoxsa alehinizə?

- Rəqinin aktivində az xal olması heç nə demək deyil. Yenə deyirəm, “Xəzər Lənkəran” yaxşı komandadı. Bizi səfərdə çox çətin oyun gözləyir. Onlar da qələbə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlar.

- Hazırda aktivində 4 qol var və Premyer Liqanın ən məhsuldar futbolçususan. Yəqin, hər bir futbolçu kim sənin də könlündən bombardirlik keçir?

- Təbii ki, hər kəs bombardir olmağı istər. O cümlədən də  mən. Amma əsas olan fərdi mükafatlar yox, komandamın uğurudur. Çünki qələbə qazanmasaq, vurduğum qolların heç bir əhəmiyyəti qalmaz. Əlimdən gələni edəcəm ki, növbəti oyunlarda da komandama fayda verim. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30