20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Abışov: “Bizim üçün əsas olan nəticə idi”

Azərbaycan Premyer Liqasının üçüncü turu “Qəbələ”nin mövsümdəki ilk səfər qələbəsi ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Bakı” üzərində 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın qarşılaşmadakı son qolunu komandanın vitse-kapitanı Ruslan Abışov vurub. “Qəbələ”də 5-ci rəsmi matçına çıxan futbolçu ilk dəfə rəqib qapısına yol tapıb. Bununla da o, “Qəbələ”nin heyətində qol sevinci yaşayan 88-ci futbolçu olub.

Abışov “Bakı” ilə görüş haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Hava şəraiti isti olduğundan hər iki komandaya çətin idi. “Bakı”nın oyununa baxıb, yaxşı təhlil etmişdik. Rəqib gənclərdən təşkil olunub. Bizim üçün əsas olan nəticə idi. Qalib gəlməklə bunu da bacardıq. Birinci hissədə istədiyimizi tam həyata keçirə bilməsək də, fasilədən sonra təzyiqi artırıb, qələbə qazandıq”.

Dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, Ruslan daha çox qol vurmaq arzusundadır:  “Çox sevinirəm ki, “Qəbələ”də qol hesabımı açdım. Əvvəlki oyunlarda da topu rəqib qapısından keçirməyə çalışsam da, bu alınmırdı. “Bakı” ilə görüşdə də qol vurmaq üçün əlimdən gələni etdim. Amma bunu yalnız qarşılaşmanın sonralarında gerçəkləşdirə bildim. Sonda komanda yoldaşlarımın köməyi ilə bu qolu vurdum. Qarşıdakı matçlarda çalışacağam ki, daha çox qol vurmaqla “Qəbələ” azarkeşlərini sevindirim. Müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olmağın heç bir fərqi yoxdur. Hər bir futbolçu çalışır ki, qol vursun. Bu sevinci yaşamaq çox xoşdur”.

Ruslan IV turun AZAL-la görüşündə ardıcıl qələbələrin sayını artırmaq iddiasında olduqlarını qeyd edib: “Qarşıdakı rəqibimiz AZAL olacaq. Əvvəlki matçlarda olduğu kimi yenə meydana qələbə üçün çıxacağıq. Son iki görüşdə qalib gəlmişik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Ardıcıl 3-cü qələbəmizi qazanmaq istəyirik”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30