29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tsxadadze: “O, qol bizə çox lazım idi”

“Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis qarşıdakı oyunları barədə də fikirlərini açıqlayıb: “Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”.

“Asif Məmmədovun vurduğu dördüncü qolu maraqlı şəkildə qeyd etdiniz. Bunun hansısa xüsusi səbəbi var idi” sualını Tsxadadze belə cavablandırıb: “O qol bizə çox lazım idi. Çünki ikinci yarıda komanda rəqib qapısına yol tapa bilmirdi. Asifin qol vurmasına görə də sevindim. Onun oyunundan razıyam. Ümumiyyətlə, etdiyimiz hər 3 əvəzetmə uğurlu alındı. Meydana daxil olan oyunçuların çıxışından razıyam”.

Gürcü mütəxəssis indidən lider olmalarının ciddi önəm daşımadığını bildirib: “İndidən çempionluq haqda danışmaq çox tezdi. Çünki hələ mövsümün əvvəlidi, cəmi 3 tur oynanılıb. Hazırda lider və ya autsayder olmaq ciddi əhəmiyyət kəsb etmir. Ötən mövsümü yadınızı salın. Həmin vaxt biz 7 turdan sonra autsayder idik. Amma yekunda ikinci olduq. Komandaların nəticələri barədə üçüncü dövrədən sonra danışmaq olar. Onda kimin çempionluq, kimin avrokuboklar, kimin də liqada qalmaq uğrunda mübarizə aparacağını söyləmək olar”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31