29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Stanislav Namaşko: “Yavaş-yavaş Bakının istisinə və belə isti vaxtda keçirilən oyunlara alışıram”

AZAL-ın və Moldova millisinin qapıçısı Stanislav Namaşko Futbolxeber.az saytına müsahibə verib.

- Ötən tur “Simurq”a qarşı baş tutan oyunda Azərbaycan Premyer Liqasında debüt etdin. İlk oyunundan razı qaldın?

- Təbii ki, yox. Çünki “Simurq”a yenildik. Əgər uduzmuşuqsa, debütumdan necə razı qala bilərəm?

- 2 oyundan sonra AZAL-ın aktivində cəmi 1 xal var. Bunun səbəbi nədir?

- Çempionat hələ təzə başlayıb. Məncə, indidən hansısa nəticə çıxarmaq üçün çox tezdir. Qarşıda xeyli oyun var. Düşünürəm ki, AZAL hələ öz sözünü deyəcək.

- Rəqiblərdən bəzilərinin oyununu artıq görmüsən. Səncə, AZAL çempionatda nəyə ümid edə bilər?

- Bu gün komandanın aktivində qələbə yoxdu. Cəmi 1 xalımız var. Amma bu, AZAL üçün maksimum deyil. Komandamız bundan qat-qat artığına qadirdi. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq üçün ilk növbədə oyun planında artırmalıyıq. Məqsədlərimiz isə dəyişməz qalıb. Bacardıqca yüksək pillələrdə qərarlaşmağa çalışacağıq.

- İlk iki oyunda qələbənin olmaması komandaya psixoloji cəhətdən təsir edib?

- Təbii ki, qələbə qazanmağı hər kəs istər. Amma ciddi problem yoxdu. Vəziyyət normaldı. Əvvəlki qaydada məşqlərimizi davam etdiririk.

- Hazırlıqlarını davam etdirsəniz də, “Neftçi” ilə oyun təxirə salındı...

- Hə, oyunumuz təxirə salındı. Amma yenə də məşqlərə ara vermirik. İndi “Qəbələ” ilə oyuna hazırlaşırıq.

- “Neftçi” ilə oyunun təxirə salınması komandanın hazırlıq planına mənfi təsir etməyəcək ki?

- Yalnız onu deyə bilərəm ki, komanda nə qədər çox oyun keçirsə, bir o qədər yaxşı olar.

- Baş məşqçiniz Tərlan Əhdəmov mətbuata verdiyi açıqlamada bu qərardan narazı qaldığını gizlətməyib...

- Bu məsələni şərh edə bilmərəm. Bu, mənim işim deyil.

- Azərbaycan Premyer Liqasının səviyyəsi barədə nə düşünürsən?

- Çempionatın səviyyəsi pis deyil. Komandaların əksəri eyni gücdədi. Qarşıda bizi maraqlı və gərgin mövsüm gözləyir.

- Artıq yeni kluba, yeni ölkəyə, yeni mühitə tam uyğunlaşa bilmisən?

- Sözün açığı, adaptasiyam gözlədiyim qədər sürətli getmir. Amma artıq 1 həftə olar ki, yavaş-yavaş bu istiyə və belə isti vaxtda keçirilən oyunlara alışıram.

- Belə çıxır ki, daha əvvəl heç yerdə bu cür isti ilə qarşılaşmamısan?

- Moldova və Krasnodarda da istilər olur, amma bu qədər nəmlik yox. Həqiqətən də belə hava şəraitində oynamaq heç də asan deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31