26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“İdman Azərbaycan” da “Bakı”dan üz döndərdi

Məlum təxirə salmalardan sonra bu həftə Azərbaycan Premyer Liqasında III turun cəmi 3 oyun baş tutacaq. Həmin oyunlardan da yalnız biri - “Simurq” - “Xəzər Lənkəran” matçı çempionatın yayım hüququna sahib olan “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı olaraq azarkeşlərə təqdim olunacaq. Halbuki bu gün turun açılış oyununda “Bakı” - “Qəbələ” görüşü keçiriləcək. Lakin həmin qarşılaşma televiziya vasitəsi ilə canlı yayımlanmayacaq.

Son illər “Bakı”nın bütün oyunları televiziya vasitəsi ilə futbolsevərlərə təqdim olunurdu. İndi birdən-birə niyə “Bakı”nın oyunu nümayiş olunmur? Əslində, bunun səbəbi bəllidi. Son zamanlar “Bakı”da yaşanan maliyyə problemi “İdman Azərbaycan”ın da klubdan üz döndərməsinə gətirin çıxarıb. Aydın məsələdir ki, kanaldan heç kim bunu təsdiq etməyəcək və oyunun yayımlanmamasına görə başqa səbəblər gətirəcək.

Odur ki, “İdman Azərbaycan” kanalından deyil, “Bakı” və PFL rəsmilərindən bu məsələyə münasibət öyrəndik. Onların Futbolxeber.az-ın sorğusuna verdikləri cavabı təqdim edirik:

İsgəndər İsgəndərov (“Bakı”nın mətbuat xidmətinin rəhbəri): “Bizə heç kim oyunun canlı yayınması ilə bağlı müraciət etməyib. Bildiyim qədəri ilə, kanal bu məsələləri PFL-də müzakirə edir. Lazım olanda gəlib, çəkirlər. Biz də onlar üçün stadionda lazımı şəraiti yaradırıq”.

Aslan Şahgəldiyev (PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Hansı oyunu canlı yayımlayacağını kanal özü müəyyənləşdirir. Bizimlə yalnız arada bir məsləhətləşirlər. “Bakı” - “Qəbələ” oyununun canlı nümayiş olunmamasının səbəbini bilmirəm. Amma əvvəldən bu turun 3 oyununun göstəriləcəyi nəzərdə tutulmuşdu. Sonradan “Qarabağ” və “Neftçi”nin görüşləri təxirə salındı. Buna görə də azarkeşlər yalnız turun 1 matçına canlı baxa biləcəklər”.

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30