24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Bakı” ilə oyunumuz çətin olacaq”

Azərbaycan Premyer Liqasının III turunda “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, paytaxtda keçiriləcək görüş “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Viktor Mendi üçün əlamətdar olacaq. Seneqallı hücumçu Premyer Liqada 90-cı matçına çıxacaq. Mendi gabalafc.az-a açıqlamasında bu yubileyin sevindirici olduğunu qeyd edib: “Çox sevinirəm ki, bu müddət ərzində yaxşı oyun sərgiləmişəm. Mən ümid edirəm ki, yenə də yaxşı oyunumla komandamıza xeyir verəcəyəm. Bununla da “Qəbələ”nin mövsüm ərzində uğurlar əldə etməsinə yardımçı olacağam”.

Mendi “Qəbələ”nin heyətində vurduğu 25 qoldan 5-ni “Bakı” ilə görüşlərdə rəqib qapısından keçirib. “Qırmızı-qaralar”ın heyətində paytaxtın eyniadlı təmsilçisinə ən çox qol vuran hücumçu bu uğurunu davam etdirmək iddiasındadır: “Ümid edirəm ki, çox qol vurmağa davam edəcəyəm. Bu komandaya qol vura bilsəydim, özümü xoşbəxt hiss edərdim. Hücumçu üçün ilk qol önəmlidir. Çünki adətən ilk qolu vurduqdan sonra davamı da olur”.

Seneqallı hücumçu rəqib haqda da danışıb: “Bakı” ilə oyunumuz çətin olacaq. Bu komandadan çox oyunçular gedib. Amma biz yenə də çalışacağıq ki, qalib gəlib, növbəti 3 xalımızı əldə edək”.

Mendi II turun “Araz-Naxçıvan”la oyununda sonradan meydana daxil olmuşdu. Hücumçu həmin görüşdəki 1:0 hesablı qələbənin növbəti uğurlar üçün təkan olacağını düşünür: “Çox yaxşı oyun oldu. Premyer Liqada ilk 3 xalımızı qazandıq. İndi bu 3 xalı növbəti oyunlardakı uğurlarla artırmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30