25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elvin Yunuszadə: “Ad günümdə özümə avtoqol hədiyyə etdiyim üçün çox məyusam”

“Oyundan əvvəl də “Partizan”ın asan rəqib olmadığını bilirdik. Buna görə də qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Oyuna da yaxşı başladıq. Ardıcıl iki qol vursaq da, sonradan matçın gedişi tam dəyişdi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

Yunuszadə Bakıda lazımı nəticəni qazanacaqlarına inandığını bildirib: “Rəqib ardıcıl səhvlərimizdən yararlandı. 2 qolu özümüz onlara hədiyyə etdik. Daha bir qolu da ofsaytdan vurdular. Uduzsaq da, ümidimizi itirməmişik. İnanıram ki, Bakıda lazımı nəticəni qazanacağıq. Səfərdə 2 qol vurmağımız böyük üstünlükdü”.

Yunuszadə “Partizan”la oyunda topu öz qapısına göndərməsinə belə münasibət bildirib: “Təbii ki, həmin anda çox məyus oldum. Amma bu, futboldu. Bu cür halla qarşılaşmağı heç kim istəməz. Çalışmaq lazımdı ki, belə hal olmasın, olanda da adamın əlindən heç nə gəlmir. Karyeramdakı ilk dəfə avtoqol müəllifi oldum. Bu gün isə ad günümdür. Ad günümdə özümə avtoqol hədiyyə etdiyim üçün çox məyusam”.

“Neftçi”nin müdafiəçisi komandada psixoliji problemin olacağına inanmır: “Oyunun gedişində qələbəni əldən verib, bu cür uduzmaq istər-istəməz hər kəsə təsir edir. Buna baxmayaraq, komandada hər kəs nikbindir, hamı özü gücünə inanır. Orada  2 qol vurmuşuqsa, niyə də eyni uğuru Bakıda təkrarlamayaq? Özü də bu dəfə bizə cəmi 1 qol lazımdı. “Partizan”ı evdə məğlub edib, mərhələ adlayacağımıza inanıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30