19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni qapıçısı: “Çempion ola bilərik”

Cahangir Həsənzadə “Xəzər Lənkəran”ın futbolçusu kimi ilk müsahibəsini Peşəkar Futbol Liqasının rəsmi saytına verib. Futbolxeber.az-ın məlumatına görə, C.Həsənzadə müsahibə zamanı bir sıra məqamlara toxunub.

- Bu gün “Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik.

- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.

- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa  iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?

- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.

- “Xəzər Lənkəran” karyranızın sonuncu klubu olacaq?

- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.

- “Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?

- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq iki qat çətindir. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli, cənubda oynamaq çətindir. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdır.

- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?

- Azərbaycan Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30