29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmisi: “İnter” hələ ki bizə müraciət etməyib”

“Nildonun “İnter”ə keçəcəyi haqda xəbərləri mətbuatdan mən də oxumuşam. Lakin hələ ki onlar bizə rəsmi şəkildə müraciət etməyiblər”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi qeyd edib ki, Nildonu heyətinə qatmaq istəyən komanda ilk növbədə “Xəzər Lənkəran”la razılığa gəlməlidir: “Komandadan uzaqlaşdırılsa da, Nildo “Xəzər Lənkəran”ın futbolçusudur. Onun transferi üçün bizim klubla ilk növbədə razılıq əldə olunmalıdır. Lakin hələ ki heç bir klubdan rəsmi təklif almamışıq. Nildo ilə “İnter”in daha əvvəl də maraqlandığı deyilirdi. Amma o zaman da bizə rəsmi şəkildə müraciət olunmamışdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31