Ölkə futbolu
Vaqif Cavadov: “Türkiyədə hər oyuna Azərbaycan bayrağı ilə çıxacağam”
Azərbaycan milli komandasının və Türkiyənin “Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “İnter”dən ayrıldıqdan sonra Türkiyənin I dəstə təmsilçisi “Qaziantep BB” ilə anlaşdınız. Türkiyə klubunda sizi necə qarşıladılar, klubun sizə ümidləri nədən ibarətdir?
- Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə mərasimində klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər böyükdür. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist kimi getməmişəm. İndi hər şey özümdən asılıdır. Məşqlərdə özümü yaxşı tərəfdən göstərib, mütəmadi olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi də layiqincə təmsil etməliyəm.
- Baş məşqçi Nurullah Sağlam sizin barənizdə danışarkən deyib ki, “Vaqif Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini anlamalıdır”. Bu cümlə sizdə hansı hissi formalaşdırıb?
- Nurullah Sağlamın belə deməsini normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm. “Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdür.
- Sizinlə yanaşı U-21 millimizin üzvü Rəhman Hacıyev də “Qaziantep BB”da oynayır. Yəqin ki, bu sizin üçün də üstünlükdür...
- Əlbəttə, heyətdə yer alan bütün futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadır. Onunla hər mövzuda danışa bilirəm.
- Bir qədər geri qayıdaq. “İnter”dən ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdınız?
- Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun təklifi daha yaxşı oldu. Onlar mənim futbol oynamağım üçün hər cür şərait yaratdılar.
- Siz Türkiyə I liqasının səviyyəsinin hər keçən il bir az daha düşməsi ilə razısınız?
- Səviyyə düşür? Mən deməzdim. Türkiyə birinci liqasını görməmişdim. Gedib gördüm və təəssüratlarım yüksəkdir. Hesab edirəm ki, düzgün seçim etmişəm.
- Türkiyədə çıxış edən azərbaycanlı futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?
- İnşallah, hər oyuna biləyimdə Azərbaycan bayrağı ilə çıxacağam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın uğurlarında pay sahibi olmaqdır.
- Klubunuzun maddi vəziyyəti necədir?
- Bu baxımdan hər hansı bir problem yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
15.09.2026
14.09.2026
13.09.2026
























