Ölkə futbolu
Berti Foqts: “Qarşıdakı tsikldə play-offa yüksəlməkdən başqa heç bir nəticə məni qane edə bilməz”
Sabah yoxlama oyununda Özbəkistanla qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfansı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis əvvəlcə qarşılaşmayla bağlı fikirlərini açıqlayıb:
- Özbəkistanla yoxlama oyunu keçirəcəyimiz üçün şadam. Sonuncu dəfə səfərdə ABŞ-la qarşılaşmışdıq. Təəssüflər olsun ki, avqustda oyunlar FİFA tərəfindən qəbul olunmur. Bunu əvvəllər də demişəm - bu, bizim kimi kiçik komandalar üçün mənfi haldı. Biz günü-gündən inkişaf etməli, öyrənməliyik. Klublar mövsüm öncəsi hazırlıq keçirlər. 5-7 yoxlama oyunu keçirirlər bu müddətdə. Amma bizim belə bir şansımız yoxdur. Buna görə də əvvəlcə Özbəkistanla, sonra isə Rusiya ilə yoldaşlıq görüşündə qarşılaşacağımızdan məmnunam.
- Adətən baş məşqçi yoxlama oyunlarındakı rəqibləri seçmə mərhələ qarşılaşacağı komandalara uyğun seçir. Bu baxımdan Özbəkistanın rəqib seçilməsini necə izah edə bilərsiniz?
- Fikrinizlə razıyam. Amma sabahkı gün FİFA tərəfindən rəsmi olaraq yoxlama oyunu keçirmək üçün qəbul olunmayıb. Buna görə də Avropada güclü rəqib tapmaq qeyri-mümkündü. Yoxlama oyununda futbolçular məşqdə etmədikləri səhvləri edirlər. Bu səbəbdən də komandanın hansı durumda olduğunu görmək mənim üçün maraqlı olacaq.
- “Neftçi” və “Qarabağ”ın futbolçularının olmaması millinin oyununa necə təsir edə bilər?
- Çox şadam ki, onlar heyətdə olmayacaqlar. O, deməkdir ki hər ikisi play-offda oynayırlar. Hər iki komandanın qrup mərhələsinə yüksəlmək şansı var. Həm “Neftçi”, həm də “Qarabağ”a uğurlar arzu edirəm. Bu durumdan razıyam. Fürsətdən istifadə edərək hər iki komandaya uğurlar arzulayıram. İnanıram ki, mərhələ adlayacaqlar.
- “Zalsburq”la oyundan sonra “Qarabağ”ın 2 legioneri - Reynaldo və Almeydanın çıxışını bəyəndiyinizi qeyd etdiniz. Onların milliləşdirilməsi mümkündürmü?
- Mənim işim xarici oyunçulara pasport almaq deyil. Bu AFFA-nın işidir. Qanunda bəzi dəyişikliklər var. Həmin ölkənin vətəndaşlığını almaq üçün 5 il oyna o ölkədə oynamalısan. Adını çəkdiyiniz hər iki futbolçu yüksək bacarığa malikdir. Onlar asanlıqla Almaniya Bundesliqasında oynaya bilərlər.
- Oyun təcrübəsi az olan Əli Gökdəmir və Rasim Ramaldanovun milliyə indiki məqamda kömək etməsi nə dərəcədə realdı?
- Biz şadıq ki onlar hazırda millinin düşərgəsindədirlər. Qarşıdakı oyunlarda da futbolçuları sınaqdan keçirəcəyik. Kimlər ki, sabahkı və Rusiyadakı sınaqdan yaxşı çıxacaqlar, onlar da Bolqarıstanla oyun üçün milliyə dəvət alacaqlar.
- Deməli, Bolqarıstanla oyunda tam formalaşmış Azərbaycan millisi görəcəyik?
- Bəli, məqsəd də budur. İlk oyunumuzu evdə keçiririk. Məqsədimiz yaxşı çıxış etməkdir. Həmin vaxta kimi futbolçular öz klublarında da oynayacaqlar. Məni ən çox narahat edən məsələlərdən biri də Ruslan Abışovun durumudu. İnanıram ki, tezliklə o, əvvəlki formasını bərpa edəcək. Rasimə də fərdi məşq proqramı vermişəm. Çünki mərkəz müdafiəçisi mövqeyində problemlərimiz var.
- Çempionatın son turunda əksər oyunları siz və köməkçiləriniz izlədi. Gələcəkdə yığmaya hansısa yeni futbolçunun dəvət alması mümkündürmü?
- “Qarabağ” və “Neftçi”nın üzvlərini çıxmaq şərti ilə, çətin. Yeni adın millidə olması çox çətindi.
- Rusiya ilə oyunu siz də özünüz üçün prinsipial hesab edirsiniz?
- Bizə digər təkliflər də var idi. Avropanın başqa komandaları ilə də oynaya bilərdik. Lakin mən DÇ-2014-də iştirak edən bir komandayla qarşılaşmaq istəyirdim. Kapello da mənim yaxın dostumdu. Razılaşdıq ki, sonradan da Bakıda Rusiya millisi ilə görüşək.
- Təklif olunsa Azərbaycan vətəndaşlığını qəbul edərsiniz?
- Böyük həvəslə “hə” deyərəm. Yaxşı kostyum da alıb, mənə fəxri vətəndaşlıq veriləcək mərasimə qatılaram.
- Avropa çempionatının seçmə mərhələsinin startına az vaxt qalıb. Bu tsikldə hansı nəticəni özünüz üçün uğurlu, hansını uğursuz hesab edəcəksiniz?
- Dünən məşqdən sonra futbolçularla da danışarkən dedim ki, bizim bu tsikldə məqsədimiz play-offa yüksəlməkdir. Başqa heç bir nəticə məni qəbul edə bilməz. Amma bunun üçün çox çalışmaq lazımdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
-
23:15
DÇ-2026-nın ilk qolu vuruldu
-
23:04
Meksika millisinin qapıçısı tarixə düşdü
-
21:23
“Sumqayıt”ın müdafiəçisi beynəlxalq turnirin qalibi oldu
-
20:00
“Lill”in vingeri Bakı klubunda
-
19:37
Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeşin istəyi reallaşdı
-
19:16
Amin Seydiyev “Zirə”yə keçdi
-
18:52
Millilərimizin rəqibləri müəyyənləşdi
-
18:09
"Qarabağ"ın İdarə Heyətinin iclası keçirilib
-
17:38
“Şamaxı” “Sumqayıt”ın müdafiəçisini icarəyə götürdü
-
17:25
Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb
-
16:41
"Karvan-Yevlax" daha iki futbolçu ilə yolları ayırıb
-
15:54
Xəyal Əliyev əməliyyat olundu
-
15:13
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
15:00
Millimiz FİFA reytinqində gerilədi
-
14:37
"Barselona"dan hücumçu transferi
-
14:22
Azərbaycan yığması Avropa çempionatında mübarizə aparacaq
-
13:16
Pedro Bikalyo daha üç il "Qarabağ"da
-
12:49
Almaniya klubundan yeni transfer
-
12:05
Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
12.06.2026
11.06.2026























